TƏCİLİ: Almaniyada avtomobillə insanların üzərindən keçən şəxs saxlanıldı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alman mətbuatının məlumatına görə, hücum edən şəxs 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşıdır, lakin bu məsələ tam təsdiqini tapmayıb.
Turkustan.az xəbər verir ki, alman polisindən verilən məlumata görə, təcavüzkarın evində axtarışlar başlayıb və telefonu ələ keçirilib. Hücum edən şəxsin 2006-cı ildə Almaniyaya getdiyi və orada yaşamaq icazəsi aldığı bildirilir. Həmin şəxsin həkim olduğu və Bernburqda təcrübə keçdiyi güman edilir.
İlkin məlumata görə, Maqdeburq polisi həmin şəxsin hücumu tək həyata keçirdiyini düşünür. Maqdeburq polisi sakinlərə evdə qalmağa və çölə çıxmamağı məsləhət görüb. Maqdeburqun mərkəzindən giriş və çıxış böyük ölçüdə qadağandır. Cənub və şimal qatar stansiyaları bağlanıb.
Alman polisi Almaniya vətəndaşlarından hadisə ilə bağlı ipucu toplamaq üçün paylaşılan ünvana foto və video yükləmələrini xahiş edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Dekabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















