Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

TƏCİLİ! Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR

TƏCİLİ! Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Fransanın yedəyində gedən Yunanıstan və Kipr də işğalçıya hərbi dəstəyi artırır; ekspert müharibə anonsu verdi: “Sərhəddən hücum xarakterli silahlar yığışdırılmalıdır”

Ermənistan, Yunanıstan və Kipr (yunan Kipri-red.) arasında müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılıb, sonra üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən qeyd olunub. Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli, daha sonra isə Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli məsləhətləşmələr keçirilib.

Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Məsləhətləşmələr zamanı müdafiə sahəsində əməkdaşlıq sahəsində 2024-cü il üçün işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib. “Məsləhətləşmələrdən sonra Ermənistan-Yunanıstan ikitərəfli əməkdaşlıq və 2025-ci il üçün Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb ki, bu proqramlar silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrində onlarla tədbiri əhatə edir”.

Yunanıstan və Kipr Fransanın yedəyində gedən ölkələrdir. Hər iki Avropa Birliyi dövləti Yelisey sarayından verilən təlimatlar əsasında Ermənistanla müdafiə sahəsində əməkdaşlığı gücləndirirlər. Paşinyan administrasiyasından sülh sənədi ilə bağlı qulağa xoş gələn bəyanatlar eşidildiyi vaxtda, Fransa-Yunanıstan-Kipr Ermənistanı sürətlə silahlandırır, təhlükəsizlik sahəsində dəstəyi artırırlar. Məğlub və işğalçı ordu ilə bağlı “Marşal planı” işə salınması göstərir ki, Qərbin Cənubi Qafqazla bağlı planları səmimi deyil, sülhə xidmət etmir. Xüsusən də Avropa İttifaqının dominant dövləti olan Makron Fransası regionda eskalasiya risklərini artırmaq məqsədi ilə Ermənistanın silahlandırılmasını sürətləndirir. Bu addımlar isə kövrək sabitliyin gələcəkdə pozulmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda revanş əhval-ruhiyyəsi aradan qalxmayıb. Qərb ölkələrinin bu dəstəyi isə kiçik Qafqaz ölkəsini həvəsləndirir. Paşinyan erməni cəmiyyətinə və ordusuna nümayiş etdirir ki, Avropadan ciddi köməklik gəlməkdədir. Bu siyasət İrəvanın KTMT-dən de-fakto çıxması fonunda yürüdülür.

Erməni hərbi ekspert Hayk Nahapetyan deyib ki, Azərbaycanın malik olduğu hərbi personal yaş həddini aşağı saldıqdan sonra da Paşinyanın ordusunu asanlıqla məğlub etmək üçün kifayətdir. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Dövlət başçısı bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketləri yerləşdirir, beləcə yeni müharibəyə hazırlaşdıqlarını ortaya qoyurlar: “Məğlub olan dövlət 2024-cü ildə 2020-ci illə müqayisədə 80 faiz hərbi büdcəsini artırıbsa, deməli, İrəvan yeni müharibəyə hazırlaşır. Hazırda dünya təcrübəsində ölkələrin təhlükəsizliklə bağlı tədbirlərinə nəzər yetirsək, Azərbaycan diplomatik çağırışların nəticəsi olmazsa, güc yolu ilə öz dövlət müstəqilliyini qorumaq kimi imkanlara sahibdir. Bunu onlar unutmasınlar”. Z.Məmmədov belə olan təqdirdə, istisna etmir ki, 2025-ci ilin danışıqlar prosesində Azərbaycanın tələbləri siyahısında daha bir bölmə əlavə ediləcək: “Ən azından Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 km-lik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir”. /musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri