TƏCİLİ: Rusiya FHN təyyarə qəzası ilə bağlı danışıqların aparılmasını təkzib etdi
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya hesab edir ki, bu cür zərərli dezinformasiyanın arxasında siyasi sifariş dayanır.
Turkustan.az xəbər verir ki, Rusiya Federasiyası Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirliklərinin nümayəndələri ilə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı versiyaların hazırlanması danışıqlarını aparmayıb. Bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir .
“İnternetdə NATO ölkələrində yerləşən xarici agentlərin təhriki ilə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının bəzi yüksək rütbəli əməkdaşlarının Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirliklərinin nümayəndələri ilə danışıqlar aparması barədə saxta məlumatlar yayılır. 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı versiyaların hazırlanmasında bu ölkələrin xarici siyasət idarələri ilə heç bir müzakirə aparılmayıb”.
Nazirlik qeyd edib ki, bu cür zərərli dezinformasiyanın arxasında siyasi sifariş dayanır .
Onlar həmçinin bildiriblər ki, təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı müvafiq şöbələr tərəfindən araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















