Icma.az
close
up
RU
Tədqiqat: Qarın piyləri Alzheimer xəstəliyini 20 il əvvəldən xəbər verə bilər

Tədqiqat: Qarın piyləri Alzheimer xəstəliyini 20 il əvvəldən xəbər verə bilər

Icma.az, News24 saytına istinadən bildirir.

Alzheimer xəstəliyinin başlanğıc əlamətlərini əvvəlcədən təyin etmək mümkünlüyü ilə bağlı yeni tədqiqat diqqət mərkəzindədir. ABŞ-ın Vaşinqton Universiteti Tibb Məktəbindən Cyrus Raji və həmkarlarının apardığı araşdırma, qarın bölgəsindəki visseral piylərin Alzheimer xəstəliyinə təsirini ortaya qoyub. Bu tədqiqat nəticələri bu yaxınlarda Şimali Amerika Radioloji Cəmiyyətinin illik konfransında təqdim edilib.

News24.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, araşdırma çərçivəsində 40-50 yaş arası 80 nəfər iştirakçı arasında dərialtı və visseral yağ nisbətləri təhlil olunub. Orta bədən kütləsi indeksi 32 olan iştirakçılar arasında koqnitiv problemi olmayan şəxslər seçilib. Visseral yağ, qarın boşluğundakı orqanları əhatə edən və “gizli yağ” olaraq da tanınan bir yağ növüdür. Dərialtı piydən fərqli olaraq, visseral yağ yüksək səviyyədə iltihaba səbəb olaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Tədqiqatçılar Alzheimer xəstəliyi ilə əlaqəli amiloid və tau zülallarının yığılma səviyyəsini beyin skanlarından istifadə edərək ölçüblər. Nəticələr göstərir ki, visseral yağ miqdarı bu zülalların erkən yığılma səviyyələri ilə əlaqəlidir. Bu, xəstəliyin simptomlarının meydana çıxmasından 20 il əvvəldən özünü büruzə verə bilər.

C.Raji tədqiqat nəticələrini belə qiymətləndirir: “Bu araşdırma ilk dəfə olaraq visseral yağın yüksək miqdarının Alzheimer xəstəliyinin erkən mərhələlərində anormal tau zülalları ilə əlaqəli olduğunu sübut edir. Bu da piylənmənin Alzheimer üçün mühüm risk faktoru olduğunu təsdiqləyir”.

Visseral yağın iltihab səviyyəsini artırması və yüksək qan axını alması, zülalların anormal yığılmasını və beyin sağlamlığını zəiflətdiyini göstərir. Neyrodegenerativ Xəstəliklər İnstitutundan Dr. Richard Isaacson isə bildirir ki, yaddaş mərkəzində qan axınının azalması, Alzheimer xəstəliyi ilə əlaqəli beyin büzülməsinə səbəb ola bilər. O, qarın yağını azaltmağın Alzheimer riskini azaltmaq üçün əhəmiyyətli bir vasitə ola biləcəyini vurğulayır. R.Isaacson həftədə bir neçə dəfə 45-60 dəqiqə sürətli yerimə kimi fiziki fəaliyyətlərin bu məqsədə nail olmaqda təsirli olduğunu qeyd edir.

Bu araşdırma, Alzheimer xəstəliyinin erkən mərhələlərinin aşkarlanmasında və onun qarşısının alınmasında bədən çəkisinin idarə olunmasının vacibliyini bir daha önə çıxarır.\\azertac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri