Tədris Cərrahiyyə Klinikası aylardır həkimlərin maaşlarını ÖDƏMİR?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtlı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.
Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.
Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasından bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:
"Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 Mart 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















