Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” Sabiq təhlükəsizlik zabiti

“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” Sabiq təhlükəsizlik zabiti

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“O dövrdə biz torbada gözübağlı pişik təki fəaliyyət göstərirdik. Çünki arxivlər açılmadığından bilmirdik ki, ətrafımızdakılardan kim-kimdir. Və bu, çox ağır və təhlükəli dövr idi. Və o hakimiyyətin dövrü də məntiqi sonluğuyla bitdi -1993-cü il iyun ayının 4-də...”

Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?

Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Və ölkədə heç “Rus evi” problemi də olmazdı...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:

“Gəlin “KQB” arxivlərinin açılması məsələsinə bir az geniş baxış sərgiləyək. Əslində, Azərbaycan müstəqillik əldə etdikdən sonra SSRİ dövrünün bütün arxivləri açılmalıydı. Yəni söhbət yalnız “KQB”,  keçmiş SSRİ DTK-nın Azərbaycan bölməsinin arxivlərindən getmir. Amma nədənsə diqqət yalnız “KQB” arxivlərinə yönəlib. Bütün hallarda arxivlərin açılması üçün müvafiq qanuni baza hazırlanmalı və müvafiq komissiya tərtib olunmalıydı. Və həmin qanunverici bazada göstərilməliydi ki, bu açılma necə, hansı mexanizmlərlə həyata keçirilməlidir, ilk növbədə nələr açılmalı, hansı şəkildə ictimailəşdirilməlidir. Və s. Buna lüstrasiya prosesi deyillər. Məsələn, Baltikyanı və bir sıra postsosialist, Şərqi Avropa ölkələrində bu prosesi həyata keçirdilər. Azərbaycanda isə Mütəllibov iqtidarı müstəqilliyin ilk dövrünün, təxminən 6-7 ayının hökuməti olaraq bunu edə bilməzdi və etməzdi də. Amma çox təəssüf ki, Elçibəy hökuməti ilk gündən arxivləri nəinki açmadı, əksinə, möhürlədi. Halbuki biz elə meydanlarda, mitinqlərdə dəfələrlə bunu eşitmişdik ki, sonradan yüksək vəzifələri gəlmiş bir sıra AXC liderləri arxivləri açacaqlarını deyirdilər. Mən həmin dövrdə orqanda işləmiş bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, arxivlərin möhürlənməsi nəinki ölkədəki hansısa gizli “KQB” casuslarının üzə çıxarılmasına imkan vermədi, hətta həmin dövrdə adi güdəlik əməliyyat fəaliyyətinə də çox ciddi maneələr yaratmağa başladı. Biz orqan əməkdaşları kimi faktiki olaraq AXC dövründə torbada gözübağlı pişik təki fəaliyyət göstərirdik. Çünki arxivlər açılmadığından biz bilmirdik ki, ətrafımızdakılardan kim-kimdir. Və bu, çox ağır və təhlükəli dövr idi. Və o hakimiyyətin dövrü də məntiqi sonluğuyla bitdi -1993-cü il iyun ayının 4-də...

Bəs AXC hökuməti nədən o arxivləri açmaq istəmədi? Mən bunu deyə bilmərəm. Amma onu bilirəm ki, o iqtidar arxivləri açmalıydı. Arxivlər mütləq açılmalıydı... İctimai-siyasi fəaliyyətə qoşulmuş “KQB” agentləri ən azı çağırılaraq xəbərdar olunmalıydı, siyasi proseslərdən uzaqlaşdırılmalıydı, onların ölkənin ictimai-siyasi həyatındakı iştirakı məhdudlaşdırılmalıydı. Bu, mütləq olmalıydı. Məsələn, Litvada arxivlər açılanda bəlli oldu ki, o zamankı milli azadlıq hərəkatı olan “Sayudis”in liderlərindən biri və sonradan ölkənin baş naziri olmuş Kazimira Prinskiene “KQB” agenti imiş. Mən istisna etmirəm ki, Azərbaycanın ilk müstəqillik dövründəki AXC hakimiyyətində də “KQB” agenti olmuş kifayət qədər şəxslər var idi. Mən buna zərrə qədər şübhə etmirəm. Lakin əlimdə əsaslı dəlilim olmadığı üçün bunların kimlər olduğunu deyə də bilmərəm. Təbii ki, öz ehtimallarım da var. Amma ehtimallar elə bir şeydir ki, onlar yanlış ola və ayrı-ayrı insanlara qara yaxmış ola bilər. Bu baxımdan mən o dövrdə vəzifələrdəki kimlərin “KQB” casuslarının olması məsələsinə toxunmaq istəmirəm. Amma belə casuslar var idi. Yenə deyirəm, bunu mənə bir əməliyyatçı hissiyyatım deyirdi. Bir çox məsələlərdə kimlərinsə davranışlarının məntiqə uyğun olmadığını görürdüm. Görürdüm ki,  həmin davranışlar müstəqil dövlətin rəhbərlərinin, yaxud hər hansı yüksək vəzifə tutan rəsmilərinin vəzifə borcuna uyğun deyil. Nəticə, dediyim kimi, göz qabağındadır.  Və hətta Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir məhkəmə işi keçirildi və məlum oldu ki, “KQB” arxivləri qanunsuz olaraq açılıbdır. Və o istintaqa həmin dövrdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri cəlb etmişdilər. Yəni baxın, Heydər Əliyev hakimiyyətə gələndə məhz bu məsələni araşdırdı ki, niyə “KQB” arxivləri açılıbdır. Ona görə ki, mənim bildiyim qədər Azərbaycan parlamentinin “KQB” arxivlərinin möhürlənməsi haqda qərarı olmuşdu.  Amma bu qərar AXC dönəmində verilmiçdi. Və həmin hakimiyyətin kifayət qədər yüksək rəsmiləri də gedib o arxivləri möhürləmişdilər. Sadəcə söhbət  sonradan bir sıra rəhbər şəxslərin həmin arxivlərə baxmasından gedirdi. Hadisələr belə olmuşdu...

Bir daha təkrar edirəm, “KQB” arxivləri hökmən açılmalıydı və elə bu günün özündə də açılmalıdır. Və Azərbaycan xalqı öz tarixində baş vermiş hadisələri bilməlidir. Kim agent olub, kim agent olmayıb məsələsinə gələndə, bilirsiz, mən bu barədə sosial mediada da fikirlərimi bölüşmüşəm. Artıq hər kəs öz davranışıyla göstəribdi ki, kimin nədən qorxacağı, nədən çəkinəcəyi məqamlar var.  Başa düşən, situasiyanı duyan insanlar üçün heç arxivlərin açılmasına da ehtiyac yoxdur, hər şey açıq-aydın görünür. Sizə təəccüblü gəlmirmi ki, Elçibəy hökumətində yüksək vəzifələrdə təmsil olunmuş şəxslərin xeyli hissəsi, mən deyərdim ki, əksəriyyəti son 33 ildəki hakimiyyətlərə loyallıq nümayiş etdiriblər. Bunun səbəbləri olmalıdır. Bunun məntiqi olmalıdır. Hardadır məntiq? Və biz görürük ki, burada məntiq ən azı o görünən məsələlərdə görünmür...”

-Bəs doğrudanmı imperiya arxivləri açılsaydı, doğrudanmı sonrakı ilıərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi?

(Davamı olacaq)

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri