Icma.az
close
up
RU
Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır

Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qiymət artımının qarşısını almaq və daxili tələbatı ödəmək üçün ən vacib məsələ yerli istehsalı artırmaqdır


Kartofun qiymətində artım davam edir. Baxmayaraq ki, bazara təzə kartof çıxarılıb, qiymət nəinki enir, əksinə, qalxır. Məlumatlara görə, bazarda kartof alıcılara 1,70-2,2 manata təqdim olunur. Təzə kartofun qiyməti isə 4-5 manat arasındadır. Ucuz qiymətə satışa qoyulanlarsa keyfiyyətsiz, yararsız məhsullardır. Qiymət artımına bir çox səbəblər göstərilir. Yerli istehsalın azlığı və daxili tələbatı ödəməməsi, ölkəyə idxal olunan kartofun qiymətində artım, təzə məhsulun hələ tam yetişməməsi, az partiyalarla bazara çıxarılması əsas səbəb kimi vurğulanır. 

Bakupost.az-ın məlumatına görə, ekspertlər son bir neçə ildə kartofun əkin sahəsinin 75 mindən 25 min hektara düşdüyünü, əkin sahələrinin azalmasının məhsuldarlığa mənfi təsir etdiyini, nəticə etibarilə qiymətlərin bahalaşmasına gətirib çıxardığını bildirirlər. Ekspertlər bildirir ki, hazırda bazarda satılanlar anbarlarda saxlanılan depolanmış kartoflardır. Bu kartofun müəyyən saxlanma, daşınma və s. xərcləri var. Yəni məhsulun əkini, yığımı ilə yanaşı saxlanması da son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır. Anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır. Bu da qiymətin qalxmasına təsir edir. Digər tərəfdən, istehsal olunan məhsul daxili tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur. İdxal məhsulunun qiymətinin üzərinə isə daşınma – logistika qiymətləri də əlavə olunduqda, bu da bahalaşmaya səbəb olur. Çünki daşınma xərcləri də müxtəlif səbəblərdən zaman-zaman artır. 


İqtisadçı Rauf  Qarayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, qiymət artımının qarşısını almaq və daxili tələbatı ödəmək üçün ən vacib məsələ yerli istehsalı artırmaqdır. Bunu hamı bilir, anlayır, lakin təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır: 

- Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müəyyən etdiyi istehlak normasına əsasən adambaşına illik 107 kiloqram kartof düşür. Bu hesabla ölkədə illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir. Amma bizim ölkədə kartof  istehsalı 1 milyona çatmır. Təxminən 900 min ton kartof istehsal edilir. Fermerlərə lazımi səviyyədə subsidiya ayrılmadığından kartof istehsalı getdikcə azalır. Kəndliyə min bir əziyyətlə kartof əkilib becərmək sərf etmir. Sahədən ucuz alınan kartof şəhərə çatanda bahalaşır. Kəndli də görür ki, onun becərdiyi məhsula dəyər verən yoxdur, əkib becərmək istəmir. Fermerlərə toxum, dərmanlar, əkin,becərmə mərhələsində lazımi dəstək verilməlidir. Ancaq dəstək yoxdur. Kartof toxumu xaricdən alınır, yerli toxum istehsalı yoxdur. Toxumçuluq inkişaf etdirilmir. Kartof suya tələbatı olan məhsuldur. Suvarma problemi bütün bölgələrdə kəskin şəkildə özünü göstərir. Fermerlər əkdikləri məhsulu vaxtlı-vaxtında suvara bilmədiklərindən şikayətlənirlər. Məhsuldarlıq aşağı düşür. Yığım zamanı da problemlər yaranır. Məhsulun xeyli hissəsi sahədə toplanmamış qalır, ya da yığılan məhsul standartlara uyğun olmayan soyuducu anbarlara toplanır, orada qeyri-adekvat şəraitdə xarab olur, çürüyür, beləliklə, böyük ölçüdə məhsul itkisi baş verir. Yəni göründüyü kimi problem bir deyil, iki deyil, çoxdur. Bütün bunlar bazarda məhsul qıtlığına və bahalaşmaya səbəb olur. 

İqtisadçı qeyd etdi ki, ən çox kartof idxal etdiyimiz ölkə Rusiyadır. Amma son zamanlar digər ölkələrdən idxal da azalıb. Ümumiyyətlə, yazın ilk aylarında tərəvəzə ehtiyac artır. Müəyyən çətinliklər baş verir. Çünki tədarük olunan məhsul bitmək üzrədir, tələbat isə yüksəkdir. Bu da bazarda qiymətlərin qalxmasına səbəb olur. Yerli istehsal az olduğuna görə məcburuq kartofu digər ölkələrdən idxal edək. O cümlədən Rusiyadan. Məsələn, Belarusiyadan alınan kartofun həcmi də azalıb. Bazarların çox olması yaxşı haldır, amma yerli məhsulun az olması idxaldan asılılıq yaradır. Ölkəyə kartof  yalnız idxal olunmur, həm də daşınır, ixrac olunur. Sahibkarlara sərf edir ki, məhsulu xarici ölkəyə satsın. Çünki daxildə müxtəlif  ölkələrdən idxal olunan kartofun qiyməti ucuzdur, yerli fermerlərə yetişdirdikləri məhsulu ucuz qiymətə daxili bazara çıxarmaq sərf etmir. Sahibkarların daxili bazara girişində də çətinlik var. Təəssüf ki, bu sahədə inhisarçılıq davam edir. Qıtlıq yaranmasın deyə, digər ölkələrdən idxal olunan məhsul hesabına bazar doldurulur. İdxal isə həmişə qiymət artımına səbəb olur. 


R.Qarayev qeyd etdi ki, məhsulun tədarükündə ortaya çıxan problemlər də fermerlərin xarici bazarlara üz tutmasına səbəb olur: 

- Soyuducu anbarların sayı çox azdır. Soyuducu anbarlara əlçatanlıq aşağıdır. Bölgələrin heç də hamısında soyuducu anbarlar tikilməyib. Çox yerdə yoxdur. Anbarda məhsulun saxlanma qiyməti də bahadır. Bu səbəblərdən fermerlər payızlıq kartofu elə payızda da xaricə satırlar ki, əldə qalıb xarab olmasın, ziyana düşməsinlər. Anbarlarda ehtiyat toplanmadığına görə qıtlıq yaranır. Fermerlərə münasib güzəştlər edilməlidir ki, məhsulu soyuducu anbarlarda saxlaya bilsinlər, tələbat artdıqca, bazara çıxarsınlar, məhsulu yerli bazarda satmağa meyilli olsunlar. Bütün bu problemlərin həlli yolları əlbəttə vardır, lakin nədənsə, müəyyən qurumlar, bazarı monopoliyada saxlayanlar özlərinə sərf edən variantı seçir, idxala üstünlük verirlər. İdxal olunan məhsulsa heç də həmişə keyfiyyətli olmur. Ölkəmizdə daha keyfiyyətli kartof sortları yetişdirilə bilər. Lazımi tədbirlər görülsə, məhsuldarlıq da artar. İdxaldan asılılıq azalar, əhali də keyfiyyətli ərzaq məhsulu ilə təmin olunar.     

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri