Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Təəssüf ki, rayonlarda bu missiyanı həyata keçirən heç bir qurum yoxdur AÇIQLAMA

Təəssüf ki, rayonlarda bu missiyanı həyata keçirən heç bir qurum yoxdur AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Sahibsiz küçə itlərinə qarşı yox, onlarla bağlı tədbirlər alınmalıdır. Sahibsiz itlərlə bağlı beynəlxalq praktikada qəbul edilmiş tək humanist həll yolu var. Sahibsiz itlər tutularaq xüsusi mərkəzlərə gətirilir. Həmin mərkəzlər əsasən bələdiyyələrin nəzdində olur. Qardaş Türkiyə, qonşu Gürcüstanda da bu praktika var. Türkiyədə əsasən bələdiyyələrin nəzdində və özəl mərkəzlər kimi fəaliyyət göstərirlər. Sahibsiz itlər mərkəzə gətirildikdən sonra qısırlaşdırılır, bütün xəstəliklərə qarşı vaksinasiya olunur. Bir neçə gün sonra hər bir it tutulduğu əraziyə geri qaytarılır. Ona görə ki, həmin ərazi və orada yaşayan insanlar itlərə tanışdır. Qısırlaşdırılmış itlər sakit olurlar. İnsanlara hücum etmirlər, bir-biri ilə ərazi uğrunda mübarizə aparmırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında Good World Animals Rescue&Protection (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının direktorlar şurasının üzvü və cari prezidenti Fərid Mansurov deyib. 
O bildirib ki, Türkiyədə bütün vaksinasiya (əsasən quduzluq) prosesini vətəndaşlar maliyyələşdirirlər:
"Həmin vəsait müxtəlif vergilər formasında əhalidən bölgə bələdiyyəsi tərəfindən toplanılır. Beləliklə, vətəndaşlar bilir ki, itlər onların hesabına bələdiyyə tərəfindən qısırlaşdırılıb, təhlükəsiz hala gətirilib. Vətəndaşlar qısırlaşdırılmış, qulağında birka olan itlərə xüsusi həssaslıqla yanaşırlar. 
Qonşu Gürcüstanda itlərin qısırlaşdırılması əsasən xarici vəsait hesabına həyata keçirilir. Gürcüstan dövləti tərəfindən Avropa və ABŞ səfirliklərinə bununla bağlı müraciət edilib. Belə olduğu təqdirdə Gürcüstan hökuməti Avropa fondları və Avropa səfirlikləri qarşısında sahibsiz heyvanlarla bağlı böyük məsuliyyət daşıyır. Məsələn, biz Azərbaycana da Bridjit Bordo fondunu gətirmişdik. Fond təxminən minə yaxın it və pişiyi qısırlaşdırdı. Onlar Baytarlıq və Elmi Tədqiqat İnsititunun xətti ilə gəlmişdilər. Fond ikinci dəfə gələndə Azərbaycandan öhdəlik istədi. Bu heyvanların vaksinasiyadan sonra hansısa qurum tərəfində güllələnməməsi öhdəliyi idi. Təəssüf ki, Azərbaycanda heç kim fondun zərərsizləşdirdiyi itlərin həyatının təminatını öz üzərinə götürmədi".
Onun sözlərinə görə, hazırda heç bir it hər hansı dövlət qurumu tərəfindən gecə zülmətində güllələnmir:
"COP29 zamanı, öncəsi və sonrası bir sıra qanunlar meydana çıxdı. İtlərin güllələnməsi mexanizmi Azərbaycana SSRİ dövründən qalan mirasdır. Güllələnmə postsovet məkanında çoxdan tarixə qovuşub. Azərbaycanda da bu tədbir görülmür. Bunun yerinə sivil tədbirlər görmək lazımdır. Əks halda sahibsiz itlərin sayı gedərək artacaq. 
Bakı və Abşeronda sahibsiz itlərin qısırlaşdırılması və vaksinasiyası "İDEA" İctimai Birliyinin öhdəliyidir. Hörmətli Leyla xanım 2015-2016-cı illərdə "Sahibsizlərə sahib çıxaq" şüarı ilə çıxış etmişdi. O vaxtdan birlik əlindən gələni edir ki, sahibsiz heyvanlara rəhimsiz rəftar bitsin. Bakıda bu böyük missiyanı onlar həyata keçirirlər.  Təəssüf ki, rayonlarda bu missiyanı həyata keçirən heç bir qurum yoxdur. Bu mövzu ilə bağlı qərar qəbul etmək haqqında zərurət yaranıb. Heç bir icada ehtiyac yoxdur. Böyük dövlətlərin praktikasına baxmaq lazımdır. Qardaş Türkiyədə olduğu kimi məsələ bələdiyyələrə tapşırılsa, böyük uğur əldə etmək olar. "İDEA" İctimai Birliyi peşəkarcasına vəzifəsini yerinə yetirir. Rayonlarda isə sıfırdan hansısa qurum yaratmağa ehtiyac yoxdur. Türkiyə praktikası ilə getmək bəs edər. 
Sahibsiz itlər insanlardan qorxduqları üçün onlara hücum edirlər. Çünki hər zaman insanlar tərəfindən şiddətə məruz qalıblar. İtlərin insanlara qarşı sevgisi və sədaqəti genetikdir. İnsanlar itlərə daş atmaq yerinə çörək atsalar, heç bir neqativ hal olmayacaq. Hazırda himayəmdə 1500-dən çox it var. Onların 80%-ni adları ilə tanıyıram, daim təmasda oluram. Bu vaxta qədər məni it dişləməyib. İtlər onlardan qorxan və aqressiya göstərən insanları asanlıqla seçirlər. Bir sözlə, heyvanların aqressiyasının səbəbi sadəcə qorxularıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Yanvar 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri