Icma.az
close
up
RU
Tegeta Motors Baku müştərilər üçün Böyük Britaniyadakı JCB zavoduna məlumat turu təşkil edib

Tegeta Motors Baku müştərilər üçün Böyük Britaniyadakı JCB zavoduna məlumat turu təşkil edib

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

JCB şirkətinin Azərbaycandakı eksklüziv nümayəndəsi olan "Tegeta Motors Baku" Böyük Britaniya brendinin müştəriləri üçün məlumat turu təşkil edib. Böyük Britaniyada təşkil edilmiş tur zamanı qonaqlar JCB zavodlarını ziyarət etmək imkanı əldə ediblər. Səfər çərçivəsində JCB-nin baş ofisinə, robotlaşdırılmış anbarlarına və muzeyinə ekskursiyalar təşkil edilib. Qonaqlar brendin tarixi, istehsal prosesi və innovativ texnologiyaları ilə tanış olublar.

15-19 yanvar tarixlərində baş tutmuş tur zamanı dövlət tərəfindən həyata keçirilən müxtəlif infrastruktur layihələrində fəal iştirak edən Azərbaycanın aparıcı tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.

"Tərəfdaşlarımızla birlikdə kifayət qədər maraqlı təcrübə əldə etdik. Biz JCB şirkətinin Böyük Britaniyada yerləşən 11 yüksək texnoloji zavodundan ən böyüklərində, məsələn, ekskavator-yükləyici, teleskopik yükləyici, ekskavator və yol tikintisi texnikası zavodlarında olduq.

Biz həmçinin dünyanın böyük hissəsini ehtiyat hissələri və aqreqatlarla təchiz edən robotlaşdırılmış ultramüasir "World Parts Center" anbarı ilə tanış olduq. JCB şirkətinin rəqibləri ilə müqayisədə üstünlüklərindən biri də texnikanın əsas aqreqatlarını - mühərrik, transmissiya, kabinə, hidravlik silindrlər və s. özünün istehsal etməsidir.

Biz daim müştərilərin ehtiyaclarını öyrənməyə və onlara uyğun həllər təklif etməyə çalışırıq. Beləliklə, biz müştərilərə konkret məhsullar deyil, onların biznesini daha da səmərəli edəcək kompleks həllər təklif edirik. Məqsəd istehlakçılarımızla uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaqdır. JCB-nin Böyük Britaniyada yerləşən zavoduna səfər məhz buna xidmət edir", - Biznesin inkişafı üzrə regional menecer İrakli Xaçapuridze deyib.

Səfərin məqsədi müştəriləri brendin tarixi və istehsal prosesləri ilə daha yaxından tanış etməkdir. Bundan əlavə, bu, JCB ilə uzunmüddətli münasibətlərin və tərəfdaşlığın qorunması və brendin yerli bazarda mövqeyinin gücləndirilməsi üçün mühüm addımdır. İlk dəfə olaraq "Tegeta Motors Baku" şirkətinin təşkil etdiyi bu tur iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Böyük Britaniyada keçirilən görüşdə həmçinin JCB-nin Azərbaycanda inkişaf planı müzakirə edilib ki, bu da strateji əməkdaşlığı gücləndirəcək və məhsulların populyarlaşdırılması üçün yeni imkanlar açacaq.

"Tegeta Motors Baku" şirkəti 2022-ci ildən brendi Azərbaycanda təmsil edir. Bu illər ərzində şirkətin illik satışları daim artır. 2024-cü ildən "Tegeta Motors Baku" tikinti, yol tikintisi, kənd təsərrüfatı və anbar texnikası daxil olmaqla, yüzdən çox JCB texnikası satmağa nail olub. Şirkətin gələcək planları da kifayət qədər iddialıdır. Hədəf 2025-ci ildə JCB texnikasının illik satışlarının minimum 40% artırılmasına nail olmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri