“Təhdid altında danışıqları qəbul etmirik”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Təhdid altında danışıqları qəbul etmirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sosial media hesabında yazıb.
O, ABŞ-yə sərt mesaj ünvanlayaraq, təzyiq altında aparılan danışıqları qəbul etmədiklərini bildirib.
Qalibaf ABŞ Prezidenti Donald Trampın danışıqlar prosesini “təslim platformasına çevirməyə çalışdığını” yazıb.
Eyni zamanda ABŞ tərəfinin İranla mümkün razılaşmaya dair açıqlamaları da diqqət çəkib. Tramp imzalanması planlaşdırılan sazişin Barak Obama dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) daha güclü olacağını deyib.
ABŞ Prezidenti nümayəndə heyətinin danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər etdiyini və mümkün razılaşmanın orada imzalana biləcəyini bildirib.
Tramp İran qarşısında əsas tələb kimi nüvə silahı ambisiyalarından imtinanı göstərib və atəşkəsin pozulacağı təqdirdə hərbi eskalasiyanın qaçılmaz olacağını qeyd edib: “Atəşkəs bitərsə, bombalar partlamağa başlayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 21 Aprel 2026 04:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















