Təhlükəli bir eskalasiyanın şahidi oluruq Merz
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Almaniya kansleri Fridrix Merz ABŞ və İsrailin İranla bağlı münaqişəsinə Almaniya və Avropanın qarışmaq istəmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə çıxış "DWS News YouTube" kanalında yayımlanıb.
Məlumata görə, Çexiya Baş naziri Andrey Babiş ilə birgə mətbuat konfransında Merz qeyd edib ki, Almaniya və Avropa ABŞ və İsraillə bir çox eyni məqsədləri bölüşsələr də, “hər yeni müharibə günü ilə getdikcə daha çox sual yaranır”.
Kansler əlavə edib: “Təhlükəli bir eskalasiyanın şahidi oluruq” və ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın Körfəz ölkələrinə hücum etməsini qınayıb.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Berlinin ABŞ, İsrail və İran arasındakı münaqişədə iştirak etməyəcəyini, bunu “bizim müharibəmiz deyil” adlandırmışdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:258
Bu xəbər 10 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















