Icma.az
close
up
RU
Təhlükəli kokteyl : Ekspertlər ən çox pestisid olan 4 populyar meyvəni açıqladı

Təhlükəli kokteyl : Ekspertlər ən çox pestisid olan 4 populyar meyvəni açıqladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Avropada satılan meyvə və tərəvəzlərin 25 faizdən çoxunda eyni anda bir neçə pestisid qalığı aşkar edilir. Hər bir maddə ayrıca təhlükəsiz sayılsa da, onların birgə təsiri sağlamlıq üçün risk yarada bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə “G4Food” yazır.
Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) məlumatları və “Pestisidlərə qarşı fəaliyyət şəbəkəsi”nin (PAN) əlavə təhlilinə əsasən, ən çox çirklənmiş meyvələr siyahısına portağal, üzüm, çiyələk və alma daxildir.
Hazırda Avropa qanunvericiliyi məhsulu o halda təhlükəsiz hesab edir ki, hər bir pestisid ayrı-ayrılıqda müəyyən edilmiş normanı aşmasın. Lakin ətraf mühitin mühafizəsi təşkilatları xəbərdarlıq edir ki, tək-tək təhlükəsiz görünən maddələr birlikdə olduqda yüksək toksik təsir göstərə bilər.
Bildirilir ki, EFSA qarışıqların təhlükəsizliyini ayrıca qiymətləndirmədiyi üçün tənqid olunur. Mütəxəssislər bu kimyəvi “kokteyl”in sonsuzluq və endokrin sistem pozğunluqları kimi xəstəliklərin riskini artıra biləcəyini bildirirlər.
Hesabatda meyvələrdə xüsusilə təhlükəli hesab edilən xlorpirifos və imidakloprid kimi maddələrin mövcudluğuna da diqqət çəkilir. Qeyd olunur ki, bu maddələrin bir hissəsi artıq qadağan edilsə və ya ciddi məhdudlaşdırılsa da, onların qalıqları hələ də məlumat bazalarında və nümunələrdə aşkar edilir.
Bu maddələrin neyrotoksik təsirə malik olduğu və dölün və kiçik uşaqların beyin inkişafına ciddi zərər verə biləcəyi bildirilir. Bu səbəbdən “PAN Europe” icraçı direktoru Martin Dermin valideynlərə sərt tövsiyə ilə çıxış edib.
“Biz valideynlərə uşaqlarına yalnız orqanik (bio) məhsullar verməyi qəti şəkildə tövsiyə edirik, xüsusilə də ən çox çirklənməyə məruz qalan meyvələrə gəldikdə”, deyə o bildirib.
“PAN Europe” Avropa Qida Təhlükəsizliyi Agentliyini pestisidlərin birgə təsirini qiymətləndirən metodların hazırlanmasını sürətləndirməyə çağırır. Ekspertlərin fikrincə, yalnız “kokteyl effekti” nəzərə alınmaqla təhlükəsizlik normalarının sərtləşdirilməsi ictimai sağlamlığı real şəkildə qoruya bilər.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri