Icma.az
close
up
RU
Pete Hegseth: “Mətbuat artıq sərbəst hərəkət edə bilməyəcək”

Pete Hegseth: “Mətbuat artıq sərbəst hərəkət edə bilməyəcək”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni mətbuat siyasəti ölkənin aparıcı media qurumlarının ciddi etirazına səbəb olub.

Yeni qaydalara əsasən, jurnalistlər “icazəsiz sənəd əldə etməyəcəklərinə” dair öhdəlik verməli və müəyyən sahələrə yalnız rəsmi müşayiətlə daxil ola bilərlər.

"Cebheinfo.az" xəbər verir ki, “Vashington Post”, “New York Times”, “CNN”, “Reuters”, “Associated Press”, “NPR”, “Guardian”, “HuffPost” və “Atlantic” kimi bir çox böyük xəbər qurumu Pentaqonun tələb etdiyi sənədi imzalamayacaqlarını açıqlayıblar.

“Washington Post”-un baş redaktoru Matt Murray deyib ki, bu məhdudiyyətlər informasiya toplamaq və yaymaq azadlığına lüzumsuz maneələr yaradır və Konstitusiyanın mətbuat azadlığına dair təminatlarına ziddir.

“New York Times”-ın Vaşinqton bürosunun rəhbəri Richard Stevenson isə deyib ki, illik təxminən 1 trilyon dollar vergi ilə maliyyələşən ordunun necə işlədiyini ictimaiyyətin bilməyə haqqı var. Müdafiə naziri Pete Hegseth media qurumlarının reaksiyasına sosial şəbəkələrdə istehzalı cavablar verib. 

“X” platformasında “Əlvida” mənasını verən əl yelləmə emojisi paylaşan Hegseth daha sonra “Mətbuat artıq sərbəst hərəkət edə bilməyəcək, şəxsiyyətini görünən şəkildə daşıyacaq və cinayət xarakterli məlumat toplaya bilməyəcək” ifadələrini yazıb.

Pentaqon Müxbirləri Assosiasiyası (PPA) yeni qaydaların jurnalistləri “sindirməyə və cinayət məsuliyyəti ilə hədələməyə” yönəldiyini bildirib. Açıqlamada bu siyasətin “Müdafiə Nazirliyi əməkdaşlarının mətbuatla icazəsiz danışmasının cinayət olduğu” mesajını verdiyi vurğulanıb.

“HuffPost”-un baş redaktoru Vitney Snyder  qeyd edib ki, bu sənəd ölkənin ən böyük və ən yaxşı maliyyələşən qurumunda real jurnalistikanı boğmaq məqsədi daşıyır.“NPR”-in baş redaktoru Thomas Evans isə “Müstəqil və etibarlı jurnalistikanı zədələyəcək heç bir sənədi imzalamayacağıq”, - deyə bildirib.

Mühafizəkar xəttə sahib “Newsmax” telekanalı da sənədi imzalamayacağını açıqlayıb.Kanal nümayəndələri “Şərtlər lüzumsuz və həddindən artıqdır. Pentaqonun bu siyasəti yenidən nəzərdən keçirəcəyini ümid edirik”, - deyiblər.

Digər tərəfdən, ifrat sağçı “One America News” (OAN) kanalı qaydaları qəbul etdiyini açıqlayıb. Kanalın aparıcısı və keçmiş Konqres üzvü Matt Gaetz “Bu məqbul şərtlərə əməl etməkdən məmnunuq” deyib. Mütəxəssislər bildirirlər ki, Pentaqonun yeni siyasəti ABŞ Konstitusiyasının birinci maddəsi ilə təminat altına alınan mətbuat azadlığını birbaşa pozur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri