Icma.az
close
up
RU
TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİ İNTİHARI”…

TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİ İNTİHARI”…

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə müasir dövr ədəbiyyatşünaslığının ümumi durumunu, “qanqren” vəziyyətini ifadə edən, ədəbi həqiqətlərlə dolu bir YAZI ilə (haqlı olaraq!) çıxış etmişdim. Hətta o vəziyyətin yaranmasının təşkilində, təməlində dayanan, SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan…

TRAFARET YAZILARın müəlliflərindən bir neçəsinin adını da konkret olaraq çəkmişdim. Məhz həmin ƏDƏBİ YAZImda adı keçən imzalardan biri də qələmi bir çox məqamlarda “ədəbi fanatizmlik”də sürgündə “can verən”, prinsipləri öz təzim psixologiyasının yaratdığı “Damokl qılıncı”nın altında çarmıxa çəkilən, eləcə də çağdaş ədəbiyyatşünaslığın fiaskosunun müəlliflərindən olan Tehran Əlişanoğlu. O Tehran Əlişanoğlu ki… MƏTNin emal və enerji mərhələsini müşahidə edib, çözə bilmək “idrak kodu”na malik ola – ola özündəki itaətkarlıq sindiromu ucbatından bir çox hallarda “Vaqif Yusifli kütləviliyi”nə transfer oldu… olur.

Bu isə Tehran Əlişanoğlunun “ədəbi intiharı”ndan başqa heç nəyi ifadə etmir!.. edə də bilməz! GƏLİM MƏTLƏBƏ… Demək, qələmi haqqında bəhs etdiyim həmin Tehran Əlişanoğlunun bir neçə gündür ki, “Müstəqillik havasını içənlər” kitabını(n elektron variantını) vərəqləyirəm… VƏ o kitabı nəzərdən keçirtdikcə müasir ədəbiyyatşünaslığın, ədəbi prosesin NİYƏ və NECƏ iflasa uğramasının bir daha şahidi olmamaq mümkünsüzdür!..

TƏSƏVVÜR EDİRSİNİZMİ(?) Tehran Əlişanoğlu həmin “travmalı kitab”da hətta “Vahid Əzizi poeziyası…” ifadəsi ilə cümləyə də başlaya bilir. Əslində mahiyyət etibarı ilə cümləyə başlamır, Vahid Əzizi ƏDƏBİYYAT adı altında təqdim edəcək “dərəcəyə” qədər SƏNƏT PRİNSİPLƏRİnin “qatili” olmağı bacarır. İfadəyə baxın ha – “Vahid Əziz poeziyası…”. Adama deməzlərmi, ay gözəlim məmləkətin hörmətli Tehran Əlişanoğlusu, Vahid Əziz hara, SƏNƏT, ƏDƏBİYYAT hara?!.. BİR GÜN BƏLKƏ DƏ O KİTABLA BAĞLI DAHA ƏTRAFLI VƏ XÜSUSİ ŞƏKİLDƏ YAZACAĞAM…

İNDİ İSƏ keçim gəldiyim mətləbin mərkəzinə… DEMƏK, həmin “travmalı kitab”ın bir bölümündə də Tehran Əlişanoğlu (gerçək sənətin meyarlarından yox!) irrasionalizmdən yola çıxaraq populizm mahiyyətli bir çıxış edib, korkoranə şəkildə, ümumi fikirlərlə Sabir Rüstəmxanlının qələmindən söz açıb, yazır (Bir az da dəqiq desək, əslində, yazmır, müəllif qarşısında “düşüncənin ədəbi səcdə halı”nı yaşayır!): “Sabir Rüstəmxanlının adı bizim Müstəqillik ədəbiyyatının Ön sıralarında gəlir…”

Baxın, elə bu şəkildə də qeyd edir… və “yazı” sonuna qədər də necə deyərlər, bu “xətt”ə sadiq qalır. İndi, görəsən, cidd – cəhdlə Sabir Rüstəmxanlının “boz şeir”lərini və ümumən yazdıqlarını müxtəlif “sözlərlə”, “fikirlərlə” “pərdələyə – pərdələyə” ƏDƏBİYYAT adı altında təqdim edən Tehran Əlişanoğlu həmin Sabir Rüstəmxanlının müəllifi olduğu bir ədəbi nümunə göstərə bilərmi ki, SƏNƏTi ehtiva etsin, SƏNƏTKARLIĞın təsdiqi olsun? Göstərə bilərmi? Əlbəttə ki, yox! … Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir, hörmətli Tehran Əlişanoğlu! Bu faktı siz də bilirsiniz, axı! Oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini, yazdıqlarını. Dəfələrlə oxumuşuq!..

Bir çoxları tərəfindən İlahiləşdirilən “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da… və.s oxumuşuq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik. Onun şeirlərinin, yazdıqlarının mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır.

Yalnız populizm… sentimentallığın ibtidai forması… “tribuna didaktikası”… publisistik — kütləvi fikirlərin texniki səsləşməsi… və emosional nəzm, xroniki pafos! Məhz bu detallardan ibarətdir o şeirlərin varlığı. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” daim yad olub. … “İntiharizmdən” usanmadınızmı, Tehran Əlişanoğlu?

Emil Rasimoğlu

şair-publisist

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri