Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

TEHRAN REJİMİNİN PEZİŞKİAN PROBLEMİ İran prezidenti Xameneini hədəf alır? AzPolitika onlayn siyasi ictimai qəzet

TEHRAN REJİMİNİN PEZİŞKİAN PROBLEMİ İran prezidenti Xameneini hədəf alır? AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda türk oyanışı olacaqsa, Pezişkianın özünü necə aparacağı məlum deyil

Namiq Bilal

İranda Məsud Pezişkianın prezident olmasına imkan verməklə fars rejimi qarşıda duran ən azı üç probleminin həllini hədəfləmişdi. Bunlardan birincisi yaranan və inkişaf edən böyük Turan birliyi fonunda İran türklərinə verilən mesajdır. ˝Mən türkəm, övladlarımı evdə farsca danışmağa qoymuram˝ deyən türkü prezident etməklə, İran türklərinə ˝Turana ehtiyac yoxdur, İran sizin öz vətəninizdir˝ deyilir.

İkinci hədəf Qərblə münasibətlərin yumşaldılması və sanksiyaların aradan qaldırılması idi.

Nəhayət, üçüncü hədəf korrupsiya, özbaşınalıqlar və sərt idarəçilik içində boğulan ölkədə daxili islahatlar aparmaq cəhdləridir. Belə ki, müəyyən islahatlar olmadan 21-ci yüzildə belə sərt rejimin ayaqda qala bilməyəcəyini molla rejimi də hesaba alır. Lakin bu hədəflərin hələlik heç birinə çatılmayıb. Səbəblərini araşdırmağa çalışaq.

Türklərə mesaj hədəfi İranın Suriyada aldığı böyük yenilgidən sonra tərsinə çevrilmiş oldu. Fars rejimi bu məğlubiyyəti Türkiyədən aldı. Məğlubiyyətin böyüklüyü fars rejimini elə büdrədib ki, rəsmi Tehran baş vermiş hadisəyə doğru-düzgün reaksiya formalaşdıra bilmir.


SEPAH generalları ˝Əsəd rejimi çürümüşdü, yıxılması qaçılmaz idi˝ deyir, dini lider Xamenei ˝Əsədi sionist rejimi və ABŞ devirdi˝ bəyanatını verir, başda XİN rəhbəri olmaqla rəsmi təbliğat isə ˝Günahkar Türkiyədir! Hədəf türklərdir!˝ təbliğatını dövrəyə buraxırlar. İş o yerə çatıb ki, rəsmi Tehran Türkiyəyə qarşı mübarizədə ABŞ və İsraillə müttəfiqliyi belə rəsmən elan edir. Başqa sözlə, türk Pezişkianı prezident edərək, İran türklərinin könlünü almaq istəyən fars rejimi, aşkar türk düşməni mövqeyinə keçib. Maraqlıdır ki, antitürk kampaniyasının tüğyan etdiyi belə bir vəziyyətdə Prezident Pezişkian bu kampaniyaya qoşulmur.

Qərblə münasibətlərin yumşaldılması hədəfi də param-parça oldu. Pezişkianın prezident olmasından sonra İran tarixdə ilk dəfə öz ərazisindən İsrailə ballistik raket zərbələri endirdi. Yumşalma cəhdi açıq müharibə ilə əvəzləndi. İndi də ABŞ-nin yeni seçilmiş prezidenti Tramp İranın nüvə obyektlərinə ağır zərbələr endirməyi planlaşdırır.

Prezidentliyinin ilk aylarında Pezişkian Qərbə ilıq mesajlar göndərərək, Ukrayna müharibəsi məsələsində Rusiya ilə məsafə saxlaya biləcəyinin siqnalını verirdi. Lakin hesablar düzgün yapılmadı və bu gün vəziyyət əvvəlkindən çox daha acınacaqlıdır. Artıq ABŞ-dən yalnız sanksiyalar deyil, ağır aviazərbələr gözlənilir. Nəticə belədir: Qərblə yaxınlaşma cəhdləri yox olub və tam əksinə, İranla Rusiya arasında yüksək səviyyəli strateji müttəfiqlik sazişi gündəlikdədir.

Daxili islahatlar məsələsi də geri çəkilmiş durmdadır. Pezişkian mürtəce hicab qanununu imzalamaqdan imtina etdi. Buna görə hakimiyyətin müxtəlif qollarından ən sərt tənqid və təhqirlərə məruz qoyuldu. Prezidentin aparmağa çalışdığı antikorrupsiya fəaliyyəti də, əslində rejimin özünə qarşı mübarizəyə çevrilir. Prezident bütün ölkə ərazisində hər gün 18-20 milyon litrə qədər benzinin oğurlandığını deyir və açıq mətnlə elan edir ki, hakimiyyətinin ən yüksək pillələrinin dəstəyi olmadan belə böyük miqyaslı oğurluq həyata keçirilə bilməz. 

Ölkədə hakimiyyət tam şəkildə dini liderə məxsusdur. Onun barmağı tərpənmədən heç bir məmur hansısa ciddi addım ata bilməz. Şübhəsiz, hər gün səssiz-sədasız 20 milyon litr benzinin oğurlanması da ən yüksək səviyyədə razılaşdırılmış korrupsiya sxemi olmadan mümkünsüzdür. Bu fəlakətli oğurluq faktı ilə bağlı ölkə prezidenti həyəcan təbili çalır, onun dediklərini dini lider də eşidir, amma səssizliyini qoruyur.

Maraqlıdır, prezident böyük miqyaslı korrupsiya faktını açır və ictimailəşdirir, dini lider isə buna reaksiya vermir. Deməli, bu iri miqyaslı oğurluq ya dini liderin razılığı ilə baş verir, yaxud da o, hakimiyyətin müxtəlif qollarının törətdiyi cinayətlərin qarşısını almaqda acizdir.

Bütün yuxarıda deyilənləri bir sapa düzdükdə belə bir mənzərə yaranır: Sürətlə dəyişən dünyada fars rejimi tipli hakimiyyətin ayaqda qalma imkanları daralır. Belə şəraitdə, milliyətcə türk olan və islahatçı libası geydirilmiş Pezişkianı prezident etməklə rəsmi Tehran rejimin ömrünü uzatmağa çalışıb. Amma digər sahələrdə olduğu kimi, fars rejiminin bu hesabları da tutmadı. Çünki hesablar reallıqlar üzərində deyil, süni və yalançı özüllər üzərində qurulur. Rejim mahiyyətcə antitürkdürsə, hansısa türkün prezident edilməsi rejimə qarşı türk sevgisini qazandıra bilməz. Rejim iliklərinə qədər korrupsionerdirsə, islahat oyunları cəmiyyəti aldada bilməz və tam əksinə, belə oyunlar son nəticədə rejimin öz əleyhinə çevriləcək. Necə ki, çevrilib.

Üstəlik, Qərblə strateji yaxınlaşma elan edən Pezişkian indi Rusiya ilə strateji müttəfiqlik imzalayır. Bütün istiqamətlərdə fiasko! Lakin bu, Pezişkianın deyil, reallıqları heçə sayan fars rejiminin fiaskosudur.

Məsud Pezişkian boyuna biçilmiş vəzifələrin heç birini reallaşdıra bilmədi. Bu gün o, Tehran rejimi üçün xilaskar deyil, problem olmağa başlayıb. Türkdür, İranda türk oyanışı olacaqsa, Pezişkianın özünü necə aparacağı məlum deyil. Üstəlik, o, rejimin mürtəce mahiyyətinə etirazları və çılğın antikorrupsiya addımları ilə fars hakimiyyəti üçün ciddi baş ağrısına çevrilir.

Artıq rejimin problemli prezidentdən xilas olma çabaları da görünür. İranda prezidentlər müəyyən missiyalarla yüklənərək irəli verilir, missiya baş tutmadıqda isə, Stalinin məşhur ˝İnsan yoxdur, problem də yoxdur˝ prinsipi işə salınır. Lakin Pezişkian türkdür və onun prezident seçilməsi İran türklərində xeyli həyəcan yaratmışdı. Pezişkianla bağlı hansısa müəmmalı olay baş verərsə, bu, İran türkləri səflərındə partlayışın fitilini yandıra bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri