Icma.az
close
up
RU
“Tehran və Vaşinqton arasında diplomatik kanal açılıb, amma...“

“Tehran və Vaşinqton arasında diplomatik kanal açılıb, amma...“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurma bu dəfə diplomatik müstəvidə baş verən yeni hərəkətliliklə diqqət çəkir.

Tehranın danışıqların bərpası üçün irəli sürdüyü şərtlər və Vaşinqtonun buna münasibəti iki ölkə arasında növbəti prosesin yalnız hərbi deyil, həm də mürəkkəb siyasi-diplomatik müstəvidə inkişaf edəcəyini göstərir. 

Xüsusilə vasitəçi ölkələrin prosesə cəlb olunması və yüksək səviyyəli diplomatik təmasların gündəmə gəlməsi tərəflərin mövqelərinin hansı istiqamətdə dəyişə biləcəyi məsələsini aktuallaşdırır. 

Maraqlıdır, İranın irəli sürdüyü şərtlər və ABŞ-nin mövqeyi nəzərə alınarsa, hazırkı diplomatik təmasları real danışıqlar prosesinin başlanğıcı kimi qiymətləndirmək mümkündürmü, yoxsa tərəflərin fundamental siyasi və təhlükəsizlik maraqları hələlik belə bir anlaşmanın qarşısında əsas maneə olaraq qalır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Tamilla Qulami açıqlama verib. 

Politoloq qeyd edib ki, ABŞ və İran arasındakı müharibəyə yönəlik diplomatik təmaslara nəzər salarkən görərik ki, artıq İranın Qətər üzərindən Vaşinqtona şərtlər təqdim etməsi və ABŞ tərəfinin də diplomatik kanalların açıq qalmasına münasibət bildirməsi müəyyən mənada danışıqlar üçün ilkin siyasi çərçivənin formalaşdığını göstərir:

"Yenə də buna rəğmən hələlik hər iki ölkə arasında real və müsbət nəticəyə dair danışıqlar prosesinin başladığını demək çətindir. Xəbərlərdə də oxuduğumuz kimi İran müharibənin bütün cəbhələrdə dayandırılmasını, dondurulmuş vəsaitlərinin açılmasını və ABŞ-nin dəniz blokadasına son qoymasını tələb edir.
Burada əsas problem tərəflərin bir-birlərinə etimadsızlığı və danışıqlara fərqli başlanğıc mövqelərindən yanaşmasıdır. 

Tehran ilk mərhələdə ABŞ-dən konkret güzəştlər tələb edir və bunu danışıqların şərti kimi təqdim edir. Vaşinqton üçün isə əsas məsələlər təkcə hərbi əməliyyatların dayandırılması deyil, İranın nüvə proqramı, regional təhlükəsizlik, dəniz yollarının açıq saxlanılması və İranın regiondakı silahlı proksi terrorçu tərəfdaşlarının fəaliyyəti ilə bağlı təminatlardır. Buna görə də hər iki ölkənin bugünkü mövqeləri arasında ciddi məsafə var.

Buna baxmayaraq, hər iki tərəf gərginliyi azaltmaq istədiyini nümayiş etdirsə də, görünən bu ki, fundamental tələblərdə hələ də əhəmiyyətli dərəcədə yumşalma müşahidə olunmur".

Tamilla Qulami qeyd edib ki, bununla belə, yenə də diplomatik kanalın olmasının özü vacib məqamdır, çünki uzunmüddətli hərbi qarşıdurma həm İran, həm də ABŞ üçün artan iqtisadi və strateji xərc deməkdir:

"Üstəlik də, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi enerji bazarlarına və regional dövlətlərə əlavə təzyiq yaradır. Artıq Çin belə tərəfləri təmkinə və danışıqlar çərçivəsinin bərpasına çağırıb.

Düşünürəm ki, əsl dönüş nöqtəxi tərəflərin ilkin şərtlərdən geri çəkilib, qarşılıqlı güzəştlərin müzakirəsinə keçmək olacaq. Zənnimcə, hazırki durumu diplomatik zəmin kimi dəyərləndirmək olar. Nə qədər çətin olsa da.

Çətinlik odur ki, Tehran və Vaşinqton ilk addım atanı gözləyir. Əgər onlar bu yanaşmadan çıxıb, mərhələli atəşkəs, nüvə məsələsi, sanksiyalar və regional təhlükəsizlik üzrə paralel mexanizm yarada bilsələr, indiki təmasların daha geniş anlaşmanın başlanğıcına çevriləcəyinin şahidi olacağımız ehtimal yüksəkdir. 

Fakt bu ki, hazırda isə əsas maneə diplomatik kanalın olmaması deyil, həmin kanal vasitəsilə tərəflərin bir-birinin təhlükəsizlik maraqlarını qəbul edə biləcəyi ortaq çərçivənin hələ formalaşmamasıdır".

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Sentyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri