Icma.az
close
up
RU
Təhsil milli mənəvi dəyərlərlə necə uzlaşdırılmalıdır? KONKRET

Təhsil milli mənəvi dəyərlərlə necə uzlaşdırılmalıdır? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan məktəblərində təhsilin dünyəvilik prinsipi dövlətin təhsil siyasətinin, məktəbdaxili idarəetmənin, tədris proqramlarının və müəllim-şagird münasibətlərinin əsas istiqamətlərindən biri kimi həyata keçirilməlidir. Bu prinsipin başlıca məqsədi şagirdlərə elmi biliklər vermək, onların sərbəst düşünmək qabiliyyətini inkişaf etdirmək, vicdan və inanc azadlığını qorumaq, müxtəlif dünyagörüşlərinə hörmət ruhunda tərbiyə etməkdir.

Dünyəvilik dinə qarşı münasibət kimi başa düşülməməlidir. Dünyəvilik dövlət məktəbində təhsilin hər hansı dini baxışın təbliğinə və ya məcburi qəbuluna deyil, elmi biliklərə, hüquqi prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanmasını nəzərdə tutur”.

Bu fikirləri Əbədi Turan Kitab Fondunun sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Filologiya elmləri doktoru Esmira Fuad səsləndirib:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, millilik və dünyəvilik təhsilin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını və dünyəvi təhsil sisteminin inkişafını nəzərdə tutur.  Biologiya, fizika, tarix və digər fənlər təsdiqlənmiş təhsil proqramlarına, elmi faktlara və müvafiq fənnin metodologiyasına uyğun tədris edilməlidir. Elmi məlumatlar dini və ya ideoloji baxışlarla əvəzlənməməli, şagirdlərdə tənqidi təfəkkür formalaşdırılmalıdır. Dini inanclara münasibətdə neytrallıq prinsipi əsas gözlənməlidir.

Dövlət məktəblərində hər hansı dinin məcburi təbliğinə yol verilməməli, şagirdlər dini etiqadına, yaxud da ki, inancsızlığına görə fərqləndirilməməlidir. Dinlərin tarixinin və mədəniyyətə təsirinin öyrənilməsi isə elmi, müqayisəli və obyektiv yanaşma əsasında həyata keçirilə bilər”.

Filologiya elmləri doktoru vurğulayır ki, məktəbdə ayrı-seçkiliyin qarşısının alınması mütləqdir.

“Şagirdlərin dini baxışlarına, ailə ənənələrinə və dünyagörüşünə görə alçaldılması, təzyiqə məruz qalması və ya təhsildən kənarlaşdırılması yolverilməzdir. Məktəb hər bir şagird üçün bərabərhüquqlu və təhlükəsiz təhsil mühiti yaratmalıdır.

Milli-mənəvi dəyərlərlə dünyəviliyin uzlaşdırılması, əlaqələndirilməsi vacibdir.

Azərbaycan dili və ədəbiyyatına, tariximizə və mədəni irsimizə diqqət və sevgi aşılanmalı, ailəyə hörmət, humanizm, ədalət və vətənpərvərlik kimi dəyərlər təhsildə mütləq şəkildə qorunmalıdır. Bununla belə, milli-mənəvi dəyərlər hər hansı dini baxışın bütün şagirdlər üçün məcburi norma kimi təqdim edilməsinə əsas verməməlidir”.

Onun sözlərinə görə, müəllimlər bu məsələlərdə diqqətli olmalı, məsuliyyət hissini artırmalıdırlar.

“Müəllimlər dərs zamanı şəxsi dini və siyasi baxışlarını şagirdlərə məcburi qəbul etdirməməli, müxtəlif fikirləri obyektiv təqdim etməli və peşə etikası qaydalarına riayət etməlidirlər. Məktəb rəhbərliyi də bu prinsiplərin qorunmasına ciddi nəzarət etməlidir.

Məktəbli geyimi və dini simvollar məsələsinə hüquqi yanaşma da vacib məsələlərdəndir. Belə ki, vahid məktəbli geyimi ilə bağlı tələblər qanunvericiliyə uyğun, aydın və ardıcıl tətbiq edilməlidir. 21 sentyabr 2026-cı ildə “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklər dövlət ümumtəhsil müəssisələrində şagird və müəllimlərin geyim tələblərinə riayət etməsini nəzərdə tutur. Bu məsələlər tətbiq olunan hüquqi normalar və insan hüquqlarına hörmət çərçivəsində qiymətləndirilməlidir.

Azərbaycan məktəblərində dünyəvilik prinsipinin təmin edilməsi yalnız dini təbliğatın qarşısının alınması ilə məhdudlaşmamalıdır. Bu prinsip elmi təhsilin keyfiyyətində, müəllimin obyektivliyində, şagirdlərin hüquqlarının qorunmasında və məktəbdə bərabər münasibətin yaradılmasında öz əksini tapmalıdır.

Məktəb şagirdə nə düşünməli olduğunu diktə etməməli, ona elmi əsaslarla düşünməyi, araşdırmağı, seçim etməyi və başqalarının hüquqlarına hörmət göstərməyi öyrətməlidir. Dünyəvi təhsil həm elmi düşüncənin inkişafına, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət etməlidir. Əsas meyar da budur”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri