Icma.az
close
up
RU
TƏHSİL NAZİRİNİN TƏYİNATINDAN 5 İL ÖTDÜ Ona olan çox böyük etimadı, ümidləri doğrultdumu?

TƏHSİL NAZİRİNİN TƏYİNATINDAN 5 İL ÖTDÜ Ona olan çox böyük etimadı, ümidləri doğrultdumu?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil eksperti, dosent İlham Əhmədov  Emil Əmurullayevin nazir təyin edilməsinin 5 llinin tamam olması ilə bağlı öz "facebook" səhifəsindən yazı paylaşıb.


"AzPolitika" həmin yazını təqdim edir: 

"Bu ərəfədə təhsil nazirinin təyinatının 5 ili tamamlandı. Bu 5 il təhsilimizə və elmimizə nəsə verdimi? 

TN-nin ETN olmasının da 3 ili tamamlandı. Elm və təhsil inteqrasiya edə bildimi? Elmdə inkişafyönlü tendensiyalar varmı?

Nazir ona olan çox böyük etimadı, dövlətin, ictimaiyyətin- xüsusən də alimlərin, müəllimlərin, valideynlərin ümidlərini doğrultdumu? 

Bu 5 ildə yadda qalan hansı uğurlu layihəsi, ideyası, nəticəsi, sözü oldu? Nə kimi səhvləri oldu?

"Nailiyyətin əsasında, səhvlərdən nəticə çıxarmaq dayanır" kimi sözlər desə də, heç səhvlərini gördümü, nəticə çıxardımı, etiraf etdimi? Səhvləri KİV-də bəyan ediləndə, onları düzəltməyə cəhdlər etdimi?

Düzü bir çoxları kimi, o vaxt bizim üçün də, bu təyinat gözlənilməz olmuşdu.

Elm- təhsil camiəsində sözü, hər hansı nailiyyəti, xidməti, təcrübəsi, bilgisi, tədqiqatı olmayan, ictimaiyyətin yaxşı tanımadığı gənc məmurun belə mühüm, strateji, mürəkkəb, həm də dərin böhran içində olan bir sahəyə nazir təyin edilməsi bir çoxları üçün gözlənilməz idi. Bu təyinat həm də ona olan böyük etimad idi.

Düzü bu təyinatdan bir çoxları kimi, bizim də ciddi gözləntimiz yox idi. Ölkə təhsilinin gələcək aqibəti təxminən bəlli idi.

Təəssüf ki, bu pessimist gözlənti özünü doğrultdu.

Gənc nazirin təcrübəzisliyi, komandasının zəifliyi, bizi təhsilə dair məsləhət və monitorinq xarakterli məqalələr yazmaqla bu sahəyə dəstək verməyə sövq edirdi. Amma yazılan yüzlərlə məqalə sanki lazımsız və əbəs idi. Baxmayaraq ki, "islahat"çı komanda təhsil islahatlarının elmi təminatı haqqında da məlumatsız idi, heç bir strategiya, plan, ideyaları da yox idi.

Bu məqalələrdən nə vaxtsa, kimlərinsə faydalanacağına şübhəmiz yoxdur, amma əbəs yerə təhsil sisteminin itirdiyi bu illərə təəssüf edirik. Belə vaxt itkisini geri qaytarmaq mümkün deyil.

Nazir kimi fəaliyyətə başladığı günlərdə ilk sözlərindən biri "mənə problemlərdən danışın, problemlər qaldırın" olmuşdu. Təəssüf ki, bu söz də söz olaraq qaldı.

Təəssüf ki, "mənə problemlərdın danışın" deyənlər öz sözünə əməl etmədi, problemləri və verilən təklifləri eşitmədi. Təhsil isə əvvəlki illərdəki olduğu kimi çökməkdə davam etdi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri