Icma.az
close
up
RU
Təhsil prosesində effektivlik: uğurun measları və müəllimin rolu MÜSAHİBƏ

Təhsil prosesində effektivlik: uğurun measları və müəllimin rolu MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Təhsil eksperti Ramin Nurəliyevin SİA-ya müsahibəsini təqdim edirik:

– Ramin bəy, bu gün təhsildə uğurlu nəticəni necə anlayırsınız? Uğurun meyarları nədir?

– Ümumiyyətlə, əgər biz əvvəlki illərlə Azərbaycanın hazırkı təhsil sistemini müqayisə ediriksə, əlbəttə ki, müəyyən qədər əskiklər var. Xüsusilə də orta ümumtəhsil məktəblərinin ümumi proqramında müəyyən çatışmazlıqlar müşahidə etmək mümkündür. Amma bu əskiklərlə yanaşı, uğurlar da var. Mən hesab edirəm ki, təhsildə uğur yalnız təhsili idarə edənlərdən deyil, bütün cəmiyyətin birgə yanaşmasından asılıdır. Əgər biz bütün məsuliyyəti yalnız dövlətin üzərinə yükləyiriksə, istədiyimiz nəticəni əldə etmək çətin olar.

Hazırda dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirir: məktəblərin tikintisi, Qarabağ bölgəsində yeni məktəblərin açılması, ali təhsil müəssisələrinin təmiri və tikintisi, xaricdə təhsil proqramları və s. Azərbaycan təhsilinin uğurlarına nümunə olaraq Türkiyə-Azərbaycan Universiteti, İtaliya-Azərbaycan Universiteti və UFAZ kimi layihələri göstərmək olar. Xarici ölkələrin etimad göstərərək Azərbaycanda ali təhsil müəssisələri açması özü böyük bir göstəricidir.

Eyni zamanda, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi sertifikasiya imtahanları müəllimlərin keyfiyyətini artırmaq məqsədi daşıyır. Bu imtahanlar nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi qiymətləndirilir və aşağı nəticə göstərənlərin sistemdən uzaqlaşdırılması təmin edilir. Bu, gələcəkdə təhsilin keyfiyyətinə ciddi təsir göstərəcək. Lakin uğurlar yalnız dövlətin işi ilə məhdudlaşmamalıdır. Özəl sektorun, QHT-lərin, ictimai birliklərin və medianın da təhsilə dəstəyi vacibdir. Məsələn, şirkətlər məktəblərdə laboratoriyaların qurulmasına, süni intellektlə bağlı maddi bazaların yaradılmasına və ya tələbələrə təqaüdlər verməyə töhfə verə bilərlər. Əgər biz təhsilin inkişafını istəyiriksə, yalnız tənqid etməklə deyil, həm də dəstək olmaqla bu sahədə irəliləyişə nail ola bilərik.

– Şagirdlərin fərdi potensialını üzə çıxarmaqda müəllimin rolu necə olmalıdır? Sizcə müəllim daha çox yönləndirən, yoxsa bilik ötürən şəxsdir?

– Mən düşünürəm ki, müəllim həm biliyi ötürməli, həm də şagirdi yönləndirməlidir. Müəllim sinfə daxil olduğu zaman, əgər sinif idarəçiliyini əlində saxlaya bilmirsə, o, müəllimlik funksiyasını tam yerinə yetirə bilməz. İlk növbədə müəllim sinfi idarə etməyi bacarmalı, sonra isə şagirdlərə bilik ötürməlidir. Hər iki qabiliyyət – həm idarəçilik, həm də bilik ötürmək – müəllimdə mütləq şəkildə olmalıdır. Müəllim şagirdlərin fərdi potensialını üzə çıxarmaq üçün uyğun tədbirlər görməlidir. Məsələn, hər hansı bir şagirdin süni intellektə marağı varsa, müəllim onu bu istiqamətə yönləndirməlidir. Başqa bir şagird maşın sənayesinə və ya inşaat sahəsinə maraq göstərirsə, müəllim bu maraqları nəzərə alaraq yönləndirmə aparmalıdır.

Müəllim hərtərəfli olmalı, uşaqların verdiyi suallar qarşısında aciz qalmamalıdır. Yalnız ixtisasını bilmək yetərli deyil, müəllim eyni zamanda ictimai, siyasi və sosial məsələlərdən də xəbərdar olmalıdır. Çünki bu gün şagirdlər internet vasitəsilə dünya məlumatlarına asanlıqla çıxış əldə edirlər. Yekun olaraq düşünürəm ki, müəllim həm yönləndirən, həm də biliyi ötürən şəxs olmalıdır. Şagirdlərin maraq və potensiallarını görməli, onları inkişaf etdirərək müvafiq istiqamətə yönəltməli, eyni zamanda onlara zəruri bilik və bacarıqları mənimsətməlidir.

– Təhsil prosesində valideynin iştirakı hansı səviyyədə olmalıdır? Həddindən artıq və ya qeyri-kafi müdaxilənin nəticələri nə ola bilər?

– Təhsil sahəsində, xüsusilə də orta ümumtəhsil məktəblərində “şagird–müəllim–valideyn” üçbucağı xüsusi əhəmiyyət daşıyır. Təhsil haqqında qanunvericilikdə də bu üçbucaq modeli vurğulanır. Əgər bu əlaqə düzgün qurularsa və qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf edərsə, həm məktəbdə ciddi problemlər yaşanmaz, həm də məktəbin inkişafı təmin olunmuş olar.

Valideynin iştirakı sadəcə övladının dərslərinə nəzarət etməklə bitməməlidir. Onun sosial fəaliyyəti, maraqları, inkişaf istiqamətləri ilə də maraqlanmalı, məktəblə mütəmadi əlaqədə olmalıdır. Burada əsas yük məktəb rəhbərliyinə və sinif rəhbərinə düşür. Əgər sinif rəhbəri şagirdin valideyni ilə davamlı və düzgün ünsiyyət qurursa, valideyni maarifləndirirsə və məktəbdə baş verənlərlə bağlı məlumatlandırırsa, o zaman həm sinifin, həm də məktəbin ümumi nəticələri daha uğurlu olacaq. Lakin bəzən valideynlər ya təhsilə həddindən artıq müdaxilə edir, ya da ümumiyyətlə prosesdən uzaq qalırlar. Hər iki hal zərərlidir. Həddindən artıq müdaxilə müəllimə təzyiq, şagirdə isə stress yaradır. Əksinə, valideynin prosesdən uzaq olması uşağın təhsilinə biganə yanaşmanı göstərir və bu da mənfi nəticələr doğurur.

Ən vacibi, müəllim valideyni düzgün istiqamətləndirməyi və onunla səmərəli işləməyi bacarmalıdır. Valideyni düzgün idarə edə bilən müəllim şagirdi də rahatlıqla idarə edə bilər. Çünki şagirdin davranışını və inkişafını yönləndirməyin əsas açarı valideynlə sağlam və müntəzəm münasibətdən keçir.

– Texnologiyanın məktəb mühitinə daxil olması sizcə öyrənmə motivasiyasını artırır, yoxsa diqqəti yayındırır? Hər iki hal mümkündürsə, fərq nədən yaranır?

– Bəli, bu gün texnologiya dövrüdür. Əgər biz texnoloji sistemdə baş verən dəyişiklikləri, inkişafı və nailiyyətləri düzgün istiqamətə yönləndirə biliriksə, deməli, bu sahədə uğur qazana bilərik. Məsələn, bir valideyn övladına evdə telefon verib. Əgər uşaq bu telefonu oyun oynamaq, etik olmayan videolara baxmaq və ya zərərli saytlara daxil olmaq üçün istifadə edirsə və valideyn buna nəzarət edə bilmirsə, müəllim də bu prosesə nəzarət etmirsə, artıq həmin uşaq texnologiyanın təsiri altında “itirilmiş” hesab olunur.

Lakin əgər biz texnologiyanı düzgün istiqamətə yönəldə biliriksə, uşağın bu sahəyə marağını artırıb onun texnoloji bacarıqlarını inkişaf etdirə biliriksə, bu zaman həmin uşağın gələcəyini müsbət şəkildə formalaşdırmaq mümkündür. Texnologiyanı düzgün istifadə etdirməklə biz onu həm öyrənmə, həm də inkişaf üçün vasitəyə çevirə bilərik. Bunu bir bıçaqla müqayisə edə bilərik: bıçaq yemək doğramaq üçündür, amma kiməsə zərər vermək üçün deyil. Əgər biz uşağa bıçağın funksiyasını düzgün izah etsək, o da onu düzgün şəkildə istifadə etməyi öyrənəcək. Texnologiya da eyni prinsiplə işləyir.

Texnologiyanın həm faydalı, həm də təhlükəli tərəfləri var. Valideyn və müəllim bu baxımdan böyük məsuliyyət daşıyır. Onlar uşaqları bu sahədə düzgün yönləndirməli və texnologiyanı necə istifadəyə yönəltməyi öyrətməlidirlər. Bu gün süni intellekt demək olar ki, bir çox sahəni əhatə edib. Şagirdlər artıq ev tapşırıqlarını süni intellekt vasitəsilə hazırlayıb yazırlar. Müəllim bunu fərqləndirməyi bacarmalıdır – şagirdin yazdığı tapşırıq onun öz düşüncəsinin məhsuludur, yoxsa köçürmədirmi? Əgər müəllim bunu müəyyən edə bilmirsə, burada problem artıq müəllimdədir. Müəllim texnologiyaya nəzarət etməyi, ondan düzgün istifadə qaydalarını öyrətməyi və şagirdləri motivasiya etməyi bacarmalıdır. Əgər bunu edə bilirsə, artıq şagirdin inkişafına töhfə verə bilir. Texnologiya nə motivasiya artıran, nə də diqqət yayındıran vasitədir. Onun hansı rolu oynayacağı – tamamilə onu istifadə edən şəxsin və onu istiqamətləndirənin, yəni valideynin və müəllimin yanaşmasından asılıdır.

– Təhsil sistemində dəyişiklik etmək lazım gəlsə, sizcə ilk növbədə haradan başlamaq daha məntiqlidir? Məktəblərdən, müəllim hazırlığından, yoxsa kurikulumdan?

– Məncə, orta ümumtəhsil məktəblərindən. Bizim hal-hazırda ən yaralı yer – bunu dəfələrlə səsləndirmişəm, bir neçə dəfə fərqli mətbuatda və media qurumlarında da yayımlanıb. Sizə də bunu qeyd edirəm: orta ümumtəhsil məktəbində təhsil sistemi konkret olaraq dəyişilməlidir. Təhsil sistemi mütləq dəyişilməlidir, mənim təklifim də var bu istiqamətdə.

Niyə dəyişilməlidir? Çünki bu gün yuxarı sinif şagirdlərimiz məktəbdən yayınmağa çalışırlar, müxtəlif yollarla məktəbdən yayınmaq üçün hazırlıq kurslarına gedirlər. Niyə? Çünki məktəbdə qəbul imtahanına uyğun məlumat ala bilmirlər. Məsələn, 10-cu sinifdə Azərbaycan dili fənnində fonetika, leksika kimi mövzular 5-ci sinifdə keçilir, 6-cı sinifdə etnik qruplar, 7-də feil, 8-də söz birləşmələri, 9-cu sinifdə mürəkkəb cümlə tədris olunur. 10-11-ci sinifdə isə dilçilik, etnik mədəniyyət və s. mövzular keçir. Amma qəbul imtahanında 5-9-cu sinif mövzuları çıxır. Bu uşaq məktəbdə o mövzuları yenidən öyrənmədiyi üçün məcbur əlavə kurslara getməlidir.

Ona görə də tədris proqramı dəyişilməlidir. Mənim təklifim budur: orta ümumtəhsil üç hissəyə bölünsün – birinci, ibtidai təhsil (1–4-cü siniflər); ikinci, icbari təhsil (5–9-cu siniflər); üçüncü isə ali məktəbə hazırlıq mərhələsi (10–11 və ya Türkiyə modelində 10–12-ci siniflər). 10–11-ci siniflərdə qəbul imtahanına hazırlıq sıfırdan başlanmalıdır. Bu halda, şagirdlər məktəbdə əlavə ödənişsiz olaraq qəbul imtahanına hazırlaşa biləcəklər. Maddi imkanı olmayan uşaqlar da repetitorlara gedə bilmədikləri üçün bu çox faydalı olacaq.

Bizdə sertifikatda yüksək nəticə göstərən müəllimlərimiz var, onları yuxarı siniflərə cəlb etməklə proqram rahat tədris edilə bilər. Ali məktəbə hazırlıq proqramı qəbul imtahanına uyğun şəkildə hazırlanmalıdır. Bu model artıq bəzi lisey və gimnaziyalarda tətbiq olunur, amma ümumi orta məktəblərdə də tətbiq edilməlidir. Əlbəttə, proqram dəyişimi müəyyən maddi vəsait tələb edir, amma bu dəyişiklik mütləqdir. Təhsilin inkişafı üçün yuxarı sinif şagirdlərinin məktəbə davamiyyəti artırılmalıdır. Məktəbdə şagird lazımi məlumatı ala bilmirsə, məktəbə laqeyd yanaşacaq. Ümid edirəm ki, yaxın gələcəkdə bu model bütün orta məktəblərdə tətbiq olunacaq. Elə tədbirlərdə də bu model artıq sınaqdan keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri