Icma.az
close
up
RU
Təhsil sahəsində vəziyyəti düzəltmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir

Təhsil sahəsində vəziyyəti düzəltmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Son bir ildə 11 minə yaxın tələbənin təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsillərini yarımçıq qoymağa məcbur olması və 64 orta məktəbin bağlanması həyacanvericidir. Bu ölkənin gələcəyi üçün da ciddi narahatlıqlar doğurur. Təhsil hər bir xalqın, hər bir dövlətin gələcəyidir və təhsilə, elmə diqqət yetirməmək gələcəyi düşünməmək deməkdir".
Bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi, partiya Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib.
Partiya funksioneri daha sonra deyib:
"Təəssüflər olsun ki, təhsil sahəsində problemləri nəinki həll etmək mümkün olmayıb, əksinə bu sahədə vəziyyət ilbəil pisləşməyə doğru gedir. Hansısa məktəb direktorunu, yaxud müəllimi işdən çıxarmaqla, onları təhbeh etməklə neqativləri aradan qaldırmaq mümkün deyil. Hesab edirəm təhsil müəssisələrində çalışan müəllimlər mövcud şərtlər altında öz peşələrini maksimum icra etməyə çalışırlar. Ancaq təhsil sahəsində idarəetmədəki yarıtmazlıq, qeyri-peşəkarlıq onların da zəhmətini heçə endirir".
AMİP funksioneri deyib ki, hər bir baş verən insidentə görə məktəb rəhbərliyini və müəllimi cəzalandırmaq əksinə düzgün yol deyil və bu təlim-tərbiyənin keyfiyyətinə mənfi təsir göstərir:
"Təhsil elə bir sahədir ki, burada bütöv bir cəmiyyət iştirakçıdır və cəmiyyətin özündən də çox şeylər asılıdır. İnsanlar keyfiyyətsiz təhsilə görə təhsil ocaqlarını deyil, idarəçiləri məsul bilməlidir. Onlardan tələb etməlidir. Digər sahələrdə problemlərin həllinin gecikdirilməsi böyük fəsadlar verməz, ancaq təhsil sahəsində vəziyyəti düzəltmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir ki, gələcəyimizin etibarlı təminatına əmin ola bilək".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri