Icma.az
close
up
RU
Təhsil sisteminin zəif bəndi: Statistika deyil, keyfiyyət tələb olunur

Təhsil sisteminin zəif bəndi: Statistika deyil, keyfiyyət tələb olunur

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kamran Əsədov: Ölkədəki 1665 dövlət məktəbəqədər təhsil müəssisəsinin 47 faizi əsaslı təmirə ehtiyac duyur


 Dövlət bağçalarında çalışan təhsil işçilərinin 38 faizinin ali pedaqoji təhsili yoxdur


Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci il tədris ilinə dair hesabatında bildirilib.

Bildirilib ki, ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Qeyd edilib ki, ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilsə də, mövcud infrastruktur, kadr təminatı və pedaqoji keyfiyyət bu hədəflərin reallaşması üçün yetərli deyil:


“Rəsmi statistikaya əsasən, hazırda ölkədə 1–5 yaş arası uşaqların yalnız 38.2 faizi məktəbəqədər təhsilə cəlb olunub. Hökumətin qarşıya qoyduğu məqsəd bu rəqəmi yaxın illərdə 50 faizə çatdırmaqdır. 2025-ci il ərzində ölkə üzrə 9 yeni bağçanın istifadəyə verilməsi planlaşdırılır, lakin bu artımın məktəbəqədər təhsilin keyfiyyətinə hansı formada təsir edəcəyi sual altındadır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 19-cu maddəsinə əsasən, məktəbəqədər təhsil uşağın şəxsiyyətinin formalaşdırılması, ilkin bilik və bacarıqların aşılanması, sosiallaşma və məktəbə hazırlıq məqsədi daşıyır. Bu isə o deməkdir ki, təkcə fiziki iştirak yox, məzmunlu, inkişafyönümlü və inklüziv tədris prosesi təmin edilməlidir. Lakin mövcud reallıq göstərir ki, bir çox bölgələrdə bağçaların fiziki infrastrukturu köhnəlib, avadanlıq, oyuncaqlar, didaktik vəsaitlər çatışmır. 2024-cü ilə aid məlumatlara görə, ölkədəki 1665 dövlət məktəbəqədər təhsil müəssisəsinin təxminən 47 faizi əsaslı təmirə ehtiyac duyur. Kənd yerlərində bu göstərici daha da yüksəkdir. Məktəbəqədər təhsil müəssisələrində kadr təminatı da ciddi problemlərlə üz-üzədir. Müəllim və tərbiyəçilərin bir qismi pedaqoji təhsil almadan, sadəcə praktiki təcrübə və yerli təşəbbüs əsasında fəaliyyət göstərir. Təhsil İnstitutunun 2023-cü il hesabatına əsasən, dövlət bağçalarında çalışan təhsil işçilərinin 38 faizinin ali pedaqoji təhsili yoxdur. Bu isə uşaq psixologiyasına uyğun metodikanın tətbiqində çatışmazlıqlara gətirib çıxarır. Eyni zamanda, bağçalarda tətbiq olunan kurikulum və oyun əsaslı təlim metodları çox zaman forma olaraq qalır, praktikada isə müəllimlər ənənəvi tərbiyə metodlarından kənara çıxa bilmirlər”.


Ekspertin sözlərinə görə məktəbəqədər yaş dövrü uşağın inkişafı üçün ən həssas mərhələdir:

“Bu mərhələdə uşaqların sosial bacarıqları, nitq qabiliyyəti, motor inkişafı və emosional tənzimlənmə bacarıqları formalaşır. Lakin Azərbaycanda aparılan müşahidələr göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin bir çoxunda uşaq fəaliyyəti strukturlaşdırılmayıb, fərdi yanaşma yoxdur, azyaşlıların psixoloji və fiziki ehtiyacları nəzərə alınmır. Uşaqların inkişafının ölçülməsi üçün standartlaşdırılmış alətlər və monitorinq mexanizmləri ya yoxdur, ya da qeyri-effektivdir. Məsələn, Finlandiyada məktəbəqədər təhsil müəssisələrində hər uşağın inkişafı barədə fərdi portfoliolar hazırlanır və bu sənədlər valideynlərlə mütəmadi paylaşılır. Azərbaycanda isə belə bir sistem tətbiq olunmur. Müsbət məqam ondan ibarətdir ki, son illər bu sahədə müsbət təşəbbüslər müşahidə olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyi birgə layihələrlə məktəbəqədər təhsilin inklüzivliyini və keyfiyyətini artırmağa çalışır. Bəzi pilot layihələr çərçivəsində psixoloq, loqoped və inkişaf mütəxəssisləri bağçalara cəlb edilib. Eyni zamanda, UNESCO və UNICEF-in dəstəyi ilə icma əsaslı bağça modeli üzrə proqramlar həyata keçirilir ki, bu da regionlarda uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarını nisbətən artırır. Bütün bunlara baxmayaraq, əgər 38.2%-lik göstərici 50 faizə qədər artırılacaqsa, bu artım təkcə say yox, keyfiyyət baxımından da izlənilməlidir. Əks halda, daha çox uşaq sistemə daxil olsa belə, həmin sistemin özü uşaqların inkişafına adekvat cavab verə bilməyəcək. Yeni bağçaların istifadəyə verilməsi yalnız fiziki genişlənməni deyil, məzmunun yenilənməsi, kadrların hazırlanması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi və monitorinq mexanizmlərinin qurulması ilə müşayiət olunmalıdır. Nəticə etibarilə, məktəbəqədər təhsil sektorunda real dəyişiklik üçün sadəcə statistikanın artırılması yox, struktur islahatları, elmi əsaslı proqramlar və davamlı nəzarət mexanizmləri tələb olunur. Əks halda, bu mərhələnin potensialı itiriləcək və məktəbəqədər təhsil yalnız kağız üzərində iştirak göstəricisi olaraq qalacaq. Uşaq inkişafı isə təsadüfi, qeyri-bərabər və fərdiləşdirilməmiş bir sistemin içində itib gedəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri