Icma.az
close
up
RU
Təhsildə daha bir dəyişiklik başlayır: Fənn azalır, müddət isə...

Təhsildə daha bir dəyişiklik başlayır: Fənn azalır, müddət isə...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, ali təhsil proqramlarının yenilənməsi istiqamətində genişmiqyaslı prosesə start verilib.

Bu çərçivədə 21 ali təhsil müəssisəsinin təmsilçiləri və əmək bazarının nümayəndələri ilk dəfə olaraq rəsmi qaydada bir araya gəliblər. 

Təhsil ixtisasları üzrə İşçi Qrup öz fəaliyyətinə başlayıb. Ali təhsil proqramlarının yenilənməsi ilə “diplomdan” ixtisasa keçid olacaqmı?

Təhsil üzə ekspert Vüsal Kərimli “Cebheinfo.az”a bildirib ki, tələbənin təhsil aldığı müddətdə tədris edilən fənnlərin sayı həddindən artıq çoxdur:

“Biz Amerika və Avropanın müvafiq istisaslaşmalar üzrə təhsil proqramları ilə müqayisə edəndə görürük ki, bizdə fənnlər daha çoxdur. Sadəcə olaraq, əlavə fənnlərlə yükləmək tələbənin mükəmməl ixtisaslaşmasına mane olan faktorlardan biridir.

Bizdə bu günə qədər təhsil proramları vahid şəkildə hazırlanıb ki, dünyanın heç bir yerində belə bir hal müşahidə edilmir. Demək olar ki, dünyada universitetlərin mütləq əksəriyyəti, hər biri özü üçün təhsil proqramını dizayn edir. Bu zaman əmək bazarının tələbləri, beynəlxalq reytinqlərdəki vəziyyət, beynəlxalq akkreditasiyanın tələbləri, bu və ya digər məzunlarından sorğular götürməklə öz təhsil proqramını yazır, hazırlayır və təqdim edir. 

Bu təhsil proqramının da nəticəsi onun məzunlarının iş tapma dərəcəsi ilə ölçülür və 4 ildən sonra əgər universitet görürsə ki, təhsil proqramı yetərli deyil, yenidən təhsil proqramına müəyyən kampitensiyaları və yaxud fənnləri əlavə edə bilər. 

Nəzərə alsaq ki, Azərbaycanda universitetlər növlərinə görə, dövlət, özəl və xüsusi təyinatlı universitetlərə ayrılır. Mən xüsusi təyinatlı universitetləri kənara qoyuram. Özəl universitetlərin elə bir öhdəliyi yoxdur ki, vahid tədris prosesinə, onu tədris etməyə məcbur olsun. 

Özəl universitetlərin işinə mane olmaq qəbuledilməzdir. İkincisi, dövlət universitetlərinin özü də iki yerə bölünür. Dövlət və publik hüquqi şəxs universitetləridir. Publik hüquqi şəxs universitetlərinin cəmi 30 faizi dövlətə aiddir ki, 70 faiz universitetin özünün səlahiyyətlərinə daxildir. 

Bu zaman belə bir vəziyyət yaranır ki, publik hüquqi şəxs olan universitetə vahid təhsil proqramı ilə təhsil verməlisən prinsipi ilə yanaşma doğru deyil”.

Ekspertin sözlərinə görə, iqtisadiyyat elmləri üzrə Dövlət İqtisad Universiteti təhsil proqramı hazırlayacaq:

“Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU), eləcə də Azərbaycan Dillər Universitetində (ADU) bu və ya digər formada təhsil proqramı hazırlamaq üçün komissiyalar formalaşıb. Bunu hər hansısa bir universitetin müəllif hüquqlarının alınması kimi qiymətləndirirəm. Çünki hər bir proqramın hazırlanması asan başa gələn bir proses deyil.

O nöqteyi-nəzərdən təklif edirəm ki, bakalavr pilləsində təhsil müddətini 4 ildən 3 ilə endirmək lazımdır. Qeyd edim ki, müvafiq ixtisaslara yiyələnmək üçün 36 fənn tədris olunur. Amerika, Avropada bu fənnlərin sayı 22-26-dır və bizdə 10 fənn artıq olması ciddi bir rəqəmdir.

Fənnlərin sayını azaltmaqla daha mükəmməl, keyfiyyətli təhsilə yönələcək 3 illik təhsil proqramının təqdim edilməsi mümkündür. Digər təklifim isə odur ki, 3+2, yəni, eyni zamanda bakalavr və magistr pilləri üzrə vahid proqramların olması uyğun olardı.

Bu dünya təcrübəsində, bizdə Sovetlər dövründə də həmin təhsil müddəti vardı. Müstəqil olduqdan sonra bizdə təhsil müddəti 4, 2 illiyə ayrıldı. 

Ancaq dünya artıq 3+2 sisteminə keçir. Yəni həm 3 illik bakalavr, həm 2 illik magistr proqramı var. Bundan başqa həm bakalavrla magistrın birlikdə olan 5 illik təhsil müddəti olan bir strukturu var. 

Mənim təkliflərim ondan ibarətdir ki, təhsil proqramlarını hər bir universitet özü ayrılıqda hazırlamalıdır. Əgər hazırlaya bilmirsə, hazırlayacaq universitetdən müqaviləli şəkildə, müəllif hüquqlarının saxlanılması ilə müəyyən ödəniş etməklə ala bilər. 

Bizdə ADA universitetinin təhsil proqramları ölkədə fəaliyyət göstərən digər ali təhsil ocaqlarının təhsil proqramları ilə eyni deyil. Yəni vahid konsepsiya üzərində qurulmayıb. Bu gün ADA universitetinin məzunları ən çox bazarda iş tapa bilən, yüksək kampitensiyaya sahib olan şəxslərdir.

Bu təcrübə onu deməyə əsas verir ki, hər bir universitet özünün fərdi şəkildə öz təhsil proqramını hazırlamalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Təhsil proqramlar ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri