Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Tarixi binaları müasirləşdirən reklam löhvələri KİMDİR MÜQƏSSİR?

Tarixi binaları müasirləşdirən reklam löhvələri KİMDİR MÜQƏSSİR?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəhərimizin dəyərli tarixi binaları, mədəni irsimizin şahidləri son illərdə böyük təhlükə ilə üz-üzədir. Onların fasadlarında, dam örtüklərində və bəzən hətta zədələnmiş divarlarında müasir reklam lövhələri yerləşdirilir. Bu isə tarixi abidələrin görkəmini pozur, onların orijinallığını və tarixi dəyərini azaldır. Belə ki, bəzi yerlərdə bu reklam lövhələri sökülsə də, digərlərində hələ də qalmaqdadır.

Bəs belə olan halda bu problem niyə həllini tapmır?

Oxu.Az-a qanunsuz müdaxilə faktları ilə bağlı danışan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin nəticələri göstərir ki, tarixi-memarlıq abidələrinin bədii-estetik görkəminə xələl gətirən müdaxilələrin əsas hissəsini abidələrin fasadlarına müxtəlif məişət qurğularının vurulması, kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən reklam lövhələrinin yerləşdirilməsi kimi hallar təşkil edir:

"Tarixi abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Eyni zamanda reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasad hissəsində və dam örtüklərində quraşdırılması Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Tarixi abidələrin üzərinə onların bədii-estetik görkəmini pozan, dayanıqlığına xələl gətirən hər hansı müdaxilənin edilməsi yolverilməzdir. Bura reklam lövhələri də daxildir. Ötən il abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 160-dən artıq reklam lövhəsi müəyyən olunub və həmin lövhələr sökülüb. Eyni zamanda tarixi abidələrə 117 digər müdaxilə faktı aşkar edilib və qanunamüvafiq tədbirlər görülüb".

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri isə Oxu.Az-a açıqlamasında deyib ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər:

"Azərbaycan Respublikasının Prezidentin "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" 14 iyul 2015-ci il tarixli 554 nömrəli Fərmanının 2.8-ci bəndində görə həmin Qanunun 26.3-cü maddəsində birinci və ikinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabeliyindəki tarix və mədəniyyət abidələrinin ərazilərinə (onların mühafizə zonalarına) münasibətdə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirirlər. Yəni, tarix və mədəniyyət abidələrinin ərazilərində (mühafizə zonasında), memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində reklam yerləşdirilməsi üçün sahibkarlar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etməlidirlər. Agentlik isə öz növbəsində adıçəkilən qurumların razılığını aldıqdan sonra, həmin yerlərdə reklam yerləşdirilməsinə icazə verir. İcazəsiz yerləşdirilən reklamlara görə isə sahibkarlar məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsinə görə 300 manatdan 10 000 manatadək inzibati cərimə nəzərdə tutulur. Vətəndaşlardan bu tip hallarla qarşılaşdıqları zaman Agentliyin 1412 Çağrı Mərkəzi ilə əlaqə saxlamaları, 077-677-14-12 "WhatsApp" nömrəsinə yazmaları və ya həmin halların şəkillərini çəkib #ADRAgovaz həştəqi ilə paylaşmaları xahiş olunur".

"Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi mütəmadi olaraq monitorinqlər aparır və qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri demontaj edilir. 2024-cü ildə açıq məkanda ümumilikdə qanunvericiliyin tələblərinə cavab verməyən 24 000-ə yaxın reklamın yayımı dayandırılıb ki, onlardan 99-nu tarixi binaların üzərindəki reklamlar təşkil edib. Bu isə o deməkdir ki, əvvəlki illərlə müqayisədə tarixi binaların üzərində qeyri-qanuni yerləşdirilən reklamların sayında xeyli azalma var. Son 1 il ərzində Bakının Səməd Vurğun, Rəsul Rza, Xəqani, Üzeyir Hacıbəyov, Bülbül, 28 may, Füzuli, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələrindəki binaların, eləcə də tarixi binaların üzərindəki açıq məkan reklamları ilə bağlı sahibkarlara Agentlik tərəfindən yeni eskizlərlə bağlı məsləhətlər verilib, binaların estetik görünüşünə uyğun olmayan, onların fasadlarına xələl gətirən reklamlar yeniləri ilə əvəzlənib. Hazırda Təbriz və Ağa Neymətulla küçələrindəki açıq məkan reklamları ilə bağlı yenilənmə işləri aparılır və proses mərhələli şəkildə davam etdirilir", - deyə agentlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

Çünki bu binalar sadəcə daşdan hörülmüş divarlar deyil, onlar bizim keçmişimiz, kimliyimiz və mədəni irsimizdir. Onları qorumaq hər birimizin borcudur.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri