Icma.az
close
up
RU
Təhsilə ayrılan 5 milyarddan çox büdcə nələri dəyişdirəcək? AÇIQLAMA

Təhsilə ayrılan 5 milyarddan çox büdcə nələri dəyişdirəcək? AÇIQLAMA

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2026-cı ilin dövlət büdcəsində təhsilə ayrılan 5 milyard 15 milyon manatlıq pay təkcə maliyyə artımı deyil, sistemin uzun illərdir yığılan struktur boşluqlarına cavab vermək üçün atılan vacib strateji addımdır. Çünki təhsil yalnız xərc mənbəyi deyil, insan kapitalının formalaşdığı əsas sahədir və son illərin nəticələri bu sahədə daha çevik, daha nəticəyönlü və daha məsuliyyətli idarəetmə modelinə keçidin qaçılmaz olduğunu sübut edir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın PISA-2022 nəticələrində riyaziyyat üzrə orta balın OECD göstəricisindən təqribən 75 bal geri qalması, oxu üzrə şagirdlərin yarıdan çoxunun baza səviyyəsinə belə çata bilməməsi, təbiət elmlərində də 2018-lə müqayisədə geriləmə müşahidə olunması göstərir ki, təhsilə ayrılan vəsait hələlik gözlənilən keyfiyyət dəyişikliyini yaratmır:

"Bu mənzərə təhsilin maliyyələşmə modelinin, resurs bölgüsünün və idarəetmənin yenilənməsinin həm hüquqi, həm iqtisadi, həm də pedaqoji baxımdan zəruri olduğunu təsdiqləyir.

"Təhsil haqqında" Qanunun 19.1-ci maddəsi ümumi təhsilin vəzifəsini şagirdə elmlərin əsaslarını öyrətmək, zəruri bilik və bacarıqları formalaşdırmaq, onu həyata və əməyə hazırlamaq kimi müəyyən edir. Bu o deməkdir ki, dövlət təhsilin nəticəsinə görə məsuliyyət daşıyır və ayrılan resurs elə bölüşdürülməlidir ki, həmin nəticə təmin olunsun.

Eyni zamanda "Ümumi təhsil haqqında" Qanun müəllimin sosial müdafiəsinin təmin olunmasını dövlətin birbaşa öhdəliyi kimi təsbit edir. Beləliklə, həm keyfiyyət, həm sosial təminat dövlət siyasətinin ayrılmaz komponentidir və 5 milyardlıq büdcə bu iki öhdəliyi paralel yerinə yetirmək üçün formalaşdırılıb. Elm və Təhsil Nazirliyinin son illər apardığı islahatların istiqaməti – sertifikasiya, iş saatına əsaslanan yeni əməkhaqqı modeli, təhsil müəssisələrinin inventarizasiyası, məktəbəqədər təhsilin genişləndirilməsi – məhz bu qanuni öhdəliklərin real icrasına hesablanıb və bu baxımdan büdcə artımı islahat xəttini dəstəkləyən zəruri addımdır".

Ekspert əlavə edib ki, təhsil xərclərinin 8,3 faiz səviyyəsinə çatması beynəlxalq müqayisədə hələ ideal göstərici olmasa da, artım trendi doğru istiqamətdədir:

"Çünki UNESCO-nun Təhsil 2030 tövsiyələrinə görə, dövlətlər təhsilə ümumi büdcənin 15–20 faizini, ÜDM-in isə 4–6 faizini xərcləməlidir. Bu çərçivə Azərbaycan üçün həm hədəfi, həm də yol xəritəsini müəyyən edir. Hazırda ayrılan vəsait bu həddin altında olsa da, ardıcıl artım xətti göstərir ki, dövlət təhsili strateji prioritet kimi qəbul edir və Elm və Təhsil Nazirliyinin institusional islahatlarını maliyyə ilə dəstəkləməyə hazırdır. Bu, doğru və alqışlanmalı yanaşmadır".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri