Icma.az
close
up
RU
“TƏHSİLİ POLİQONA ÇEVİRMƏKDƏ MƏQSƏD NƏDİR?” “Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdırsa, ona yüksək vəzifəmi verilməlidir?”

“TƏHSİLİ POLİQONA ÇEVİRMƏKDƏ MƏQSƏD NƏDİR?” “Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdırsa, ona yüksək vəzifəmi verilməlidir?”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tanınmış təhsil ekspertlərinin dediyinə görə, Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verməkdə davam edir”.

“AzPolitika” bildirir ki, bunu keçmiş deputat, elm və təhsil sahəsində tanınmış mütəxəssis Etibar Əliyev “Faebook” sıhifəsində yazıb.

O, buna misal kimi son günlər Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin etdiyini qeyd edib: “Sual yaranır: Məqsəd nədir? Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib onlara ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir? Bu adamlar Gəncədə Aqrar Universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir göndərmişdilər. Adam həmin regionda məktəb və bağça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı-hesabı olmadı”.

E.Əliyev baş verənləri təbii sayır: “Belə də olmalı idi. Məktəb və uşaq bağçası elə təsisatlardır ki, yad cisim qəbul etmir. Bu xidmətlərinə görə E.Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə, yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb, yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir. Yenə də sual verirəm: Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı-hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə, hansı tərbiyədən danışmaq olar?”

Keçmiş deputat sonda vurğulayıb ki, təhsilə heç bir aidiyyatı olmayan adamların bu sahədə yüksək vəzifələrə təyin olunmalarında məqsəd bəllidir. “Ancaq bunun da bir limiti olacaqmı”, - o sual edir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri