Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsilin İnkişafı Fondu ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd edib.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan və Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqında geniş təqdimatla çıxış edib.

Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və şəbəkələşmək imkanı yaradıb.

Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları, təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin razılaşdıracağı digər layihələr çərçivəsində həyata keçirəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see313

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see191

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri