Təhsilin rəqəmsallaşması ilə tədris prosesinin rəqəmsallaşması eyni anlayış deyil
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf Şurasının ötən gün keçirilən toplantısında elm və təhsil naziri Emin Əmrullayev növbəti mərhələdə tədris prosesinin rəqəmsallaşdırılmasına başlanacağını bildirdi.
Əksər media qurumları bunu "təhsilin rəqəmsallaşdırılmasına başlanılır" kimi təqdim edib.
Əslində isə təhsilin rəqəmsallaşdırılması prosesi Azərbaycanda 20 ildən çoxdur ki davam edir.
Elektron qəbul sistemləri, elektron jurnallar və gündəliklər, rəqəmsal sənədlər, vahid təhsil məlumat bazaları, "Rəqəmsal məktəb", "Rəqəmsal bacarıqlar" və digər layihələr bunun nümunəsidir.
Tədris prosesinin rəqəmsallaşdırılması isə artıq birbaşa dərs prosesinin, öyrənmə və öyrətmə prosesinin rəqəmsallaşmasını nəzərdə tutur.
Yəni bu mərhələ öyrənmə metodları, məzmun, qiymətləndirmə, fərdi yanaşma və süni intellektin təlim prosesinə inteqrasiyası kimi yeni mərhələni ifadə edir.
Bu fərqi düzgün təqdim etmək vacibdir.
Osman Gündüz
Bu mövzuda digər xəbərlər:Əmək bazarının rəqəmsallaşması...
20 Fevral 2025 11:00
İqtisadiyyatın rəqəmsallaşması kölgə iqtisadiyyatının miqyasını azaldacaq Rəy
14 İyul 2026 12:39
Azərbaycanda 2027 ci ilə qədər KOB ödənişlərinin rəqəmsallaşması sürətlənəcək
03 Fevral 2026 22:20
“Dövlət xidmətlərinin rəqəmsallaşması və iqtisadi inkişafın təşviqi təlim
31 Oktyabr 2025 19:04
“Növbəti tədris ilindən distant təhsilin tətbiqi gözlənilir” Nazir
15 Dekabr 2025 23:54
Baxış sayı:128
Bu xəbər 30 İyun 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















