Icma.az
close
up
RU
Təkcə insanları deyil, təbiəti də qətlə yetirdilər

Təkcə insanları deyil, təbiəti də qətlə yetirdilər

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırmızı Kitabda olan heyvanlar minalarla məhv edilib 


Ermənistanın eko-terrora görə beynəlxalq məhkəmədə cavab verməsi vacibdir


Ekologiya və ətraf mühitin mühafizəsi


Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə humanitar və ekoloji fəlakətlər törətməsindən də danışılıb. Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışı zamanı bildirib ki, işğal dövründə ərazilərimizdə yaradılan və həlli uzun illər tələb edəcək ciddi problemlər də var. Ən ciddi problemlərdən biri mina təhlükəsidir. Vətən müharibəsindən bugünədək 400-ə yaxın mülki və hərbi şəxs mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. 

"Eyni zamanda, ekoloji mühitin pozulduğunu xüsusi vurğulamaq lazımdır. İşğal dövründə təbii ehtiyatlarımız – çaylarımız, meşələrimiz, torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib, təbii balans pozulub, ətraf mühitə bərpaolunmaz ziyan vurulub", söyləyən E.Yusubov qeyd edib ki, Azərbaycan bu problemlərin həllini prioritet istiqamətlər kimi müəyyənləşdirib və hazırda həm mina təhlükəsinin aradan qaldırılması, həm də ekoloji reabilitasiya istiqamətində ciddi addımlar atılır. Bunlar elə ciddi problemlərdir ki, onların aradan qaldırılmasına uzun illər lazım olacaq. Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritənin bir müddət əvvəl hazırlandığını xatırlatmaq yerinə düşər. Qeyd edək ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə hazırladı. Xəritə barədə məlumat verən Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapır. Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. M.Bayramov Ermənistanın törətdiyi ekoloji cinayətlərə görə cavab verməli olduğunu deyib: “Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”. Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edib. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır. Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə səhralaşma proseslərinin aktivləşdiyini dəfələrlə diqqətə çatdırıb və beynəlxalq təşkilatlara ünvanlanan müraciət və bəyanatlarda bu problemin özünü kəskin şəkildə göstərdiyi qeyd edilib. Bəyanatlarda qeyd olunur ki, quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər. Azərbaycanın bəzi ərazilərində qeydə alınan səhralaşma proseslərinin səbəbi iqlim dəyişikliyi və insan faktorudur. Son illərdə baş verən quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib. Qlobal istiləşmə, eyni zamanda, ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri-rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur. Aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır. 


İşğaldan azad olunmuş ərazilərimizdə uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması, su tutumu 560 milyon m3 olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaratdı. Bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb oldu. 30 ilə yaxın müddətdə bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsinə də çətinliklər yaratdı. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası təşəbbüsünə aid tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir. Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Ölkəmizdə, bütün regionlar üzrə yaşıllaşdırma, ağacəkmə kampaniyaları keçirilir. Təkcə IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyondan çox ağacın əkilməsi səhralaşma ilə mübarizəyə mühüm töhfədir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə də ölkədə yaşıllıqların payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq. 



Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, uzun illər işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə qarşı terror həyata keçirib: 

- 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə təbii sərvətlər talan edilib, ərazilər, meşələr yandırılıb, su ehtiyatları ekoloji çirklənməyə məruz qoyulub,  flora və faunamız məhv edilib. Ümumən regionun ekologiyasına böyük zərər vurulub. İşğal dövründə ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi prosesi həyata keçirilib. Bunlar azmış kimi bir tərəfdən də mina terroru törədilib. Həm mülki vətəndaşlara qarşı, həm də təbiətə qarşı. Bu ekoloji cinayətlərə beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir. Azərbaycan regionda ən çox beynəlxalq ekoloji konvensiyaları ratifikasiya edən ölkə olaraq Ermənistanın təcavüzü nəticəsində bu çoxtərəfli razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi maneələrlə üzləşir. Çünki Ermənistan hakimiyyəti mina xəritələrini hələ də Azərbaycana təhvil verməyib. Bundan yayınırlar. Beləliklə də, həm insan, həm də təbiət faciələri davam edir. Vaxtilə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə ekoloji fəlakətin miqyası çox böyükdür. Hansı tərəfə baxsan, ekoterror faktları görünür. Torpağı da məhv ediblər, havanı, suyu, gölləri, çayları da. Qarabağda, Zəngilanda nə qədər meşələri qırıblar. Zəngilanda xan çinarlar qoruğu vardı. Məhv ediblər. Meşələri yandırıblar, bitki aləmini məhv ediblər. Nə qədər əraziləri kimyəvi çirklənməyə məruz qoyublar. Təbiət darmadağın edildikcə, fauna da məhv olub. Bir tərəfdən insanlarımız mina qurbanı olub, bir tərəfdən heyvanlar, hətta adı "Qırmızı Kitab"a salınmış heyvanlar minalara düşərək məhv olublar. Bu vəhşiliyin önünü Azərbaycan ordusu öz gücüylə, qüdrətiylə aldı. Amma torpağa basdırılmış minalar hələ çox canlını məhv edə bilər. Hesab edirəm ki, təbiətin mühafizəsini – təbiətin hüquqlarını qorumalı olan büynəlxalq təşkilatlar bu vəziyyətə etinasız qalmamalıdır. İlk növbədə, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq dəstək verilməlidir. Eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyi eko-terrora görə də məsuliyyət daşımalı və beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Çünki Ermənistanın eko-terroru təkcə Azərbaycan təbiətinə deyil, bütün Qafqaz regionunun təbiətinə qarşı böyük təhlükədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri