Icma.az
close
up
RU
Təl Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

Təl Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaumun Şərqi Aralıq dənizi regionunun geoloji və geofiziki xüsusiyyətlərinə həsr olunmuş ustad dərsi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Rektor Elçin Babayev Lev Eppelbaumun Azərbaycanda dünyaya göz açdığını, geologiya və geofizika üzrə dünyada tanınan alimlərdən olduğunu bildirib, belə alimlərin ustad dərslərinin BDU tələbələrinin peşəkar mütəxəssis kimi yetişməyində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, tanınmış alimin geologiya üzrə mühüm qlobal tədqiqatlar aparmaqla yanaşı, onların tətbiq sahələrini də araşdırdığını, məşhur alimin BDU ilə əməkdaşlığından məmnun olduğunu diqqətə çatdırıb.

BDU-nun Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının professoru Fəxrəddin Qədirov qeyd edib ki, Lev Eppelbaumun elmi fəaliyyətində Azərbaycanla bağlı tədqiqatlar da mühüm yer tutur. O, geofizika sahəsində dünya əhəmiyyətli tədqiqatlarına görə Avropa Yer Elmləri Cəmiyyətinin Xristian Huygens medalı ilə təltif olunub. Alim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professorudur.

Lev Eppelbaum çıxışında “Şərqi Aralıq dənizinin altında saat əqrəbinin əks istiqamətində fırlanan nəhəng kvazi-halqavari mantiya strukturu və onun geofiziki sahələrdə və geoloji xüsusiyyətlərdə təzahürü” mövzusunda təqdimat edib. Təqdimat zamanı Şərqi Aralıq dənizi regionunun dərinliklərində yerləşən nəhəng kvazi-halqavari mantiya strukturunun xüsusiyyətləri, onun geodinamikası və regionun geoloji quruluşu ilə əlaqəsi barədə məlumat verib.

Ustad dərsində maqnit və qravitasiya sahələri, tektonik quruluş, geoloji sərhədlər və əsas tektonik qırılma zonaları ilə bağlı elmi məlumatlar təqdim olunub. Müxtəlif geofiziki məlumatlar əsasında hazırlanmış xəritələr nümayiş etdirilib və regionun geodinamik xüsusiyyətləri izah olunub.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri