Icma.az
close
up
RU
Tələbə kartlarının ictimai nəqliyyatda istifadəsi MÜMKÜN OLACAQ? MÜHÜM AÇIQLAMA

Tələbə kartlarının ictimai nəqliyyatda istifadəsi MÜMKÜN OLACAQ? MÜHÜM AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartı tətbiq olunur.
Sözügedən kart tələbələr üçün həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış kartı funksiyalarını daşıyır.
Bu kart vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlanırlar ki, bura supermarketlər, kitab, geyim, aksessuar və parfümeriya mağazaları, kafe-restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir. Lakin kart hazırda müəyyən sosial və maliyyə güzəştləri təqdim etsə də, bəzi tələbələr nəqliyyatda daha geniş güzəştlərin tətbiq olunmasını istəyirlər.
Kartlar ictimai nəqliyyatda da istifadə edilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir.
“Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər.
Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq. Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət-keyfiyyətindədir”,- o deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin “TələbəPlus” kartını sevməsi çox da inandırıcı görünmür.
 

“Amma hər bir halda biz Təhsilin İnkişafı Fonduna bu istiqamətdəki böyük əziyyətləri üçün təşəkkür edirik. Əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilib.


Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur. Bütün bunlar qısa müddətdə böyük zəhmətin göstəricisidir. İnanırıq ki, nəqliyyat güzəştləri də tezliklə reallaşacaq",- deyə E.Nuri fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri