Tələbə oxumaq istəmirsə, məzun olmasına imkan verilməsin!
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
“Əgər tələbə oxumaq istəmirsə, universitet onun məzun olmasına imkan verməməlidir”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İTV-nin “Sabaha saxlamayaq” proqramında səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanda belə bir fikir formalaşıb ki, tələbə mütləq universiteti bitirməlidir. Halbuki dünya universitetlərində qəbul olan tələbələrin ən azı 30 faizi məzun ola bilmir. Azərbaycanda isə bu göstərici cəmi 2-3 faizdir.
“Universitet selektiv yer deyil. O, öz tələbəsini əmək bazarına buraxmaq üçün seleksiyadan keçirmir. Tələbə universitetə daxil olubsa, onun məktəbi bitirməsi üçün çalışılır. Amma tələbə əmək bazarı üçün və ya ümumiyyətlə, oxumaq üçün yararlı deyilsə, universitet onu sıxışdırıb aradan çıxarmalıdır”, – deyə Nicat Məmmədli vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















