Tələbə qıza icazə almaq üçün “şalvarını çıxart” dedilər Qalmaqal yarandı
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin paytaxtı Pekində yerləşən Gengdan İnstitutunun tələbəsi menstruasiya səbəbilə xəstəlik arayışı almaq üçün klinikaya müraciət edib.
Yenisabah.az xəbər verir ki, ondan menstruasiya vəziyyətini sübut etmək üçün şalvarını çıxarması tələb olunub. Hadisə klinikada çəkilən və sosial şəbəkələrdə yayılan video ilə ictimailəşib.
Videoda tələbə yaşlı qadına "Menstruasiya olan hər tələbə arayış üçün şalvarını çıxarmalıdır?" deyə sual verir. Qadın isə "Əsasən bəli, bu məktəbin qaydasıdır" cavabını verir.
İnstitutun yaydığı açıqlamada klinika əməkdaşlarının protokola uyğun hərəkət etdiyi, tələbənin razılığı alındığı və fiziki müayinə aparılmadığı bildirilir. Lakin həm video, həm də açıqlama sonradan onlayn platformalardan silinib.
Sosial şəbəkələrdə hadisə böyük etirazla qarşılanıb. İstifadəçilər bunu şəxsi sərhədlərin pozulması kimi qiymətləndirib və hadisəyə ironik yanaşmalar da səsləndirilib. İnstitut əməkdaşı bu qaydanın saxta arayışların qarşısını almaq məqsədi daşıdığını bildirsə də, bu açıqlama ictimai narazılığı daha da artırıb.
Aytac Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















