Icma.az
close
up
RU
Tələbələrə ŞAD XƏBƏR: Borclar bağışlandı

Tələbələrə ŞAD XƏBƏR: Borclar bağışlandı

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.

Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: "Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir".

B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semestr üzrə kreditlərə faiz hesablanmır.

İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211 781 manat təşkil edib. 

Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə  ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221 729  manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2024 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri