Icma.az
close
up
RU
Tələbələrin karyera inkişafını dəstəkləmək məqsədilə layihə həyata keçirilib AZƏRTAC

Tələbələrin karyera inkişafını dəstəkləmək məqsədilə layihə həyata keçirilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 dekabr, AZƏRTAC

Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Texniki Universitetində keçirilən, tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləyən “Bir kouçum var” layihəsi reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi tələbələrin karyera planlarını dəqiq müəyyənləşdirmələrinə, potensiallarını kəşf etmələrinə və gələcək hədəflərinə doğru düzgün addımlar atmalarına dəstək olmaqdır.

Layihə Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsi və Azərbaycan Texniki Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Layihənin rəhbəri - Azərbaycan Texniki Universitetinin İnsan resursları departamentinin direktoru Aytən Şıxalıyeva bu təşəbbüsün tələbələrin şəxsi inkişafı və karyera uğurları üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Layihə çərçivəsində tələbələrə beynəlxalq dərəcəli peşəkar kouçlar tərəfindən 4-6 sessiyadan ibarət onlayn fərdi kouçinq xidməti təqdim edilib. Bu xidmət tələbələrə şəxsi hədəflərini müəyyən etmək, güclü tərəflərini aşkara çıxarmaq və gələcəkdə uğur qazanmaq üçün lazım olan addımları atmaqda kömək edəcək.

Tələbələr üçün ödənişsiz əsaslarla həyata keçirən layihə onlara yalnız karyera sahəsində deyil, həm də şəxsi həyatlarında uğurlarını artırmaq üçün əhəmiyyətli bir fürsət təqdim edir. Hər bir tələbə peşəkar kouçların dəstəyi ilə öz potensialını maksimum dərəcədə inkişaf etdirmə imkanı qazanır.

Qeyd edək ki, layihənin davamlı olması və daha geniş auditoriyaya xidmət etməsi məqsədilə onun digər ali təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüsün tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək üçün bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri