Icma.az
close
up
RU
Tələbimiz zorla tərk etdiyimiz tarixi torpaqlara sülh və təhlükəsiz şəkildə qayıtmaqdır DEPUTAT

Tələbimiz zorla tərk etdiyimiz tarixi torpaqlara sülh və təhlükəsiz şəkildə qayıtmaqdır DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

"Tələbimiz zorla tərk etdiyimiz tarixi torpaqlara sülh və təhlükəsiz şəkildə qayıtmaqdır" - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Ermənistandan qovulmuş azərbaycanlılardan da danışıb. Dövlətimizin başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib:

"Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq".

Bununla bağlı Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, Ermənistana dəstəyini ifadə edən dövlət Azərbaycana dost ola bilməz:

"Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, 250 min hektardan çox ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükə zonası hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar 700 mindən çox keçmiş azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri qeyri-dəqiqdir".

Deputat vurğulayıb ki, 1991-ci ildə müasir Ermənistandan 300 mindən çox azərbaycanlının zorla qovulması başa çatdı:

"Azərbaycanlılara qarşı etnik təmizləmə, əksər hallarda, dövlət orqanlarının sistematik səyləri ilə zorakılıq, soyqırımı aktları, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər, habelə insan hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirildi. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə dəhşətli və amansız olmuşdur. Qərbi Azərbaycan İcması Ermənistandan zorla deportasiya edilmiş 400 000-dən çox azərbaycanlı qaçqının əcdadlarının torpaqlarına qayıtmaq arzusu ətrafında birləşib: "Onların tələbi açıqdır: bu, ərazi iddiası deyil, bu, insan hüquqları məsələsidir. Tələbimiz zorla tərk edildiyimiz tarixi torpaqlara sülh şəraitində, təhlükəsizlik və ləyaqətli şəkildə qayıtmaqdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri