Telefon oğruları saxlanıldı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polis mobil telefon oğurluğunda şübhəli bilinən 3 nəfəri müəyyən edərək saxlayıb
"Unikal" xəbər verir ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-də bir sərnişinin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Qarayusifli müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfərin 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 32 yaşlı J.Hüseynova 16-cı Polis Şöbəsinin, Nəsimi rayonu ərazisində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı R.Səfərov 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Baxış sayı:81
Bu xəbər 25 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















