Icma.az
close
up
RU
Telefonların gözlərə təsiri: Mif və həqiqətlər

Telefonların gözlərə təsiri: Mif və həqiqətlər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

“Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib”.

Bu barədə rusiyalı göz həkimi, tibb elmləri doktoru Tatyana Şilova bildirib.

Həkimin sözlərinə görə, insanlar bəzən kompüterdən və ya cihazlardan uzun müddət istifadə etdikləri üçün görmə qabiliyyətinin pisləşdiyini düşünürlər, ancaq bu, yalnış fikirdir.

“Əslində göz xəstəliklərinin təxminən 80 faizi genetikadan qaynaqlanır, xarici mühitin təsiri çox azdır. Bəzi pis vərdişlər - məsələn, həyat tərzi, yemək seçimləri - görmə qabiliyyətinə mənfi təsir göstərə bilər, lakin cihazlarla işləməyin zərəri çox şişirdilir. Kompüterdə müəyyən fasilələrə 8-9 saat işləmək yetkin insanın gözünə tamamilə normal yükdür; bu, artıq bir çox araşdırma ilə təsdiq edilib”, - deyə həkim bildirib.

Bununla belə o, uşaqların bu məsələdə istisna olduğunu vurğulayıb:

“Cihazlar onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər formalaşır, buna görə uşaqlıqda görmə yükü ciddi şəkildə dozalanmalıdır. Uşaq cihazla işləmək üçün hər iki-üç saatdan bir fasilə verməlidir. Fasilələr zamanı fokus uzunluğunu dəyişdirməyə imkan verən məşqlər mütləqdir”, - deyə həkim qeyd edib.

Həkim ən sadə məşqlərdən biri kimi “Şüşə üzərində işarə”ni qeyd edib. Onu yerinə yetirərkən yaxınlıqdakı obyektə bir neçə saniyə baxmaq, sonra eyni görmə xəttində yerləşən uzaqdakı obyektə baxmaq və bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Bunun sayəsində gözlər bir neçə dəfə fokus uzunluğunu dəyişir və məşq edir.

“Göz sinir sisteminin bir hissəsidir. Buna görə də, beyin daxilində baş verən hər şey görmə keyfiyyətinə təsir edə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi yaşaya biləcəyi vəziyyətlər də olur”, - deyə oftalmoloq xəbərdarlıq edib.

Onun sözlərinə görə, stressli vəziyyət təkcə xroniki xəstəliklərin kəskinləşməsinə mənfi təsir göstərmir, həm də görmə qabiliyyətinin qısa müddətli azalmasına səbəb ola bilər.

“Buna görə düzgün həyat tərzi sürməyə çalışın, duyğularınızı idarə edin və bunu özünüz həll edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin”, - deyə Şilova yekunda tövsiyə edib./lenra.ru

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri