Icma.az
close
up
RU
Telekkomunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib

Telekkomunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı qərarı nazir Rəşad Nəbiyev imzalayıb.

Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon (məftilli və simsiz) çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30,0 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7,0 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0,50 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,50 manat təsdiq edilib.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nömrə daşınması üzrə mərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric 0,65 manat təsdiq edilib.

Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində telefon nömrələrinin aktivləşdirilməsi, sabit və sellülar (mobil) telefon nömrəsinin abunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, sellülar (mobil) telefon nömrəsinin dublikatının verilməsi, abunəçilərin müraciəti əsasında sabit və sellülar (mobil) telefon nömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDV xaric 0,30 manat təsdiq edilib.

Bu Qərarın 1-8-ci hissələri ilə təsdiq edilən tariflər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sellülar (mobil) və sabit telefon telekommunikasiya operatorlarına şamil olunur.

Qərara görə, Nazirliyin hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see435

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see145

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see145

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see143

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see128

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see121

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see121

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri