Icma.az
close
up
RU
Televiziyalar üçün yeni qayda: Kanallar nə vaxtdan işarət dilinə keçəcək?

Televiziyalar üçün yeni qayda: Kanallar nə vaxtdan işarət dilinə keçəcək?

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan telekanallarında işarət dilinə tərcümə tələbi qoyulub. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna əlavə edilən yeni 12-1-ci maddədə əksini tapıb. Bəs yerli televiziya kanalları bu məsələ ilə bağlı hansı işlər görür?

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov "Yeni Sabah"a bildirib ki, dövlət televiziyasında yaxın vaxtlarda surdo-tərcümədən istifadəyə başlanacaq:

“Xəbərlər proqramında surdo-tərcüməçidən istifadəni nəzərdə tuturuq. Yaxın müddətdə bunun icrasına başlayacağıq. Bir növ, əvvəlki ənənəni bərpa etmiş oluruq. Həmçinin, yeni yaradılan saytımızda fiziki məhdudiyyətli şəxslərin istifadə etməsi üçün tətbiqimiz olacaq.

Bir sözlə, həm TV, həm də sosial şəbəkələr vasitəsi ilə müəyyən fiziki məhdudiyyətləri olan şəxslərin bizi izləməsi, məlumat alması üçün şərait yaradacağıq. Bunun üçün artıq layihələndirmə işləri gedir.

Surdo-tərcüməçi tapmaqda çətinlik çəkmirik, amma reallıq budur ki, elə kadrları tapmaq bir az çətindir. Çünki tələbin o qədər də çox olmadığı istiqamətdir. Hansısa loqoped yenidən ixtisaslaşmalıdır ki, televiziya sahəsində əl hərəkətləri ilə danışıq dilini tətbiq edə bilsin. Bu da televiziyanın qaydaları sırasındadır. Ona görə də müəyyən vaxt aparan məsələdir”.

"MTV Azərbaycan" kanalından bildirilib ki, növbəti mövsümdən etibarən bu mövzu ilə bağlı işlər görüləcək:

“MTV olaraq, verilişlərimizdə fiziki qüsurlu şəxslərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşırıq. Onların öz istedadlarını üzə çıxarması üçün kanal olaraq, əlimizdən gələni edirik. Doğrudur, xəbərlər proqramının yayımına cəmi 9 aydır başlamışıq. Növbəti mövsümdən etibarən işarət dilindən istifadə ilə bağlı işlər görəcəyik”. 

Xəzər TV-dən isə deyilib ki, bu mövsümlük surdo-tərcüməçidən istifadə nəzərdə tutulmayıb:

“Bu tələb dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayım statusuna malik olan yerüstü televiziya yayımçılarına aiddir. "Xəzər"də hələ ki bu mövsüm üçün sözügedən məsələ ilə bağlı verilişlərin yayımı nəzərdə tutulmayıb. Növbəti mövsüm isə ola bilər. Telekanal olaraq bu məsələyə açığıq və belə bir qərar verilsə, ictimaiyyətə bildirəcəyik”.

Xatırladaq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycanın dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri