Icma.az
close
up
RU
Televizor qarşısından tribunaya “Qarabağ”la dəyişən baxışım

Televizor qarşısından tribunaya “Qarabağ”la dəyişən baxışım

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Televizor qarşısından tribunaya - “Qarabağ”la dəyişən baxışım

2014-cü il.
Evdə otağın küncündəki köhnə televizorun qarşısında, xalçanın üstündə bardaş qurub oturmuşam. “İdman Azərbaycan” kanalı açıqdır və ekranda yayımlanan oyun səbəbsiz yerə bütün diqqətimi çəkib. Ekrana o qədər yaxın oturmuşam ki, işığı birbaşa gözümə düşür. Balaca boyumla, futboldan xəbərsiz halımla topun arxasınca qaçan 22 futbolçunu izləyirəm. Şərhçinin həyəcanlı səsi otağa yayılır. Nə oyunun qaydalarını bilirəm, nə də həmin komandanın gələcəkdə Azərbaycan futbolunun simvollarından birinə çevriləcəyinin fərqindəyəm. Sadəcə, yaşıl meydanı izləyirəm. Sonradan öyrənəcəkdim ki, o gün uşaq marağı ilə baxdığım komanda “Qarabağ” imiş.
Birdən top qapı xəttini keçir. Şərhçi həyəcanla qışqırır, tribunalar isə “Qol! Qol!” sədaları ilə coşur. Öz-özümə düşünürəm: “Niyə bu qədər sevinirlər ki?” Həmin an anlamadığım o səs illər keçsə də, yaddaşımdan silinmir. Qol! Qol!..
2026-cı il.
“Qol! Qol!..”
İllər sonra eyni hayqırtını yenidən eşidirəm. Amma bu dəfə televizor qarşısında deyiləm. Tofiq Bəhramov adına Respublika Stadionunun media tribunasında əyləşmişəm. O bəstəboy qız indi böyüyərək jurnalistikada ilk addımlarını atır, “Qarabağ”ın “Vestri” ilə oyununu artıq canlı olaraq izləyir. 

Oyunun ilk hissəsi gedir. 30-cu dəqiqədə top rəqib qapısına daxil olur və tribunalara toplaşan azarkeşlər bir anda ayağa qalxır. Yenə o hayqırtının sadası gəlir - Qol! Qol!

Bu dəfə mən sadəcə izləyən tərəf deyiləm. Minlərlə azarkeşlə birlikdə sevincimi bölüşür, uşaqlıqdan cavabını tapa bilmədiyim sualın cavabını anlayır, daha doğrusu, onun yaratdığı duyğunu hiss etməyə başlayıram. 2014-cü ildə televizor qarşısında “Niyə bu qədər sevinirlər?” deyən balaca qız, üstündən 12 il keçdikdən sonra  həmin sevincin tam mərkəzinə düşür.

Stadion!
Arenaya daxil olduğum ilk andan fərqli bir atmosfer hiss edirəm. Azarkeşlərin üzündə həyəcan, gözlərində isə qürur var. Kimisi əlində hazırladığı pankartı daşıyır, kimisi “Qarabağ” forması ilə stadiona daxil olur. Tanımayan insanlar belə bir-biri ilə rahat söhbət edir, oyun haqqında fikirlərini bölüşürlər. İndi burada hamını birləşdirən ortaq komanda, dəyər var - “Qarabağ”!
O an başa düşürəm ki, stadiona gəlmək sadəcə futbol izləmək deyil. Bu, bütöv bir millətin ürəyinin eyni ritmdə döyünməsi, insanların bir nöqtədə tək bir bədənə çevrilməsidir. Tribunadakı azarkeşlərin coşqusu dalğa-dalğa stadiona yayılarkən, havadan gələn o tanış xatirə — uşaqlığımın qoxusu məni bir anlıq yenidən keçmişə, köhnə televizorun qarşısına qaytarır. Bu dəfə artıq insanların  səmimi sevincini, qışqırıqlarını tamamilə dərk edirəm.
Rəqib İslandiyanın “Vestri” komandası idi. Oyun başlayandan cəmi bir neçə dəqiqə sonra futbolu stadiondan izləməyin televiziya qarşısında baxmaqdan nə qədər fərqli olduğunu anlamağa, hiss etməyə başlayıram. Futbolçuların sürətini, top uğrunda mübarizəsini və meydandakı dinamikanı canlı izləmək tamam başqa təsir bağışlayır.
Oyunun gedişində rəqib futbolçunun sərt müdaxiləsi nəticəsində “Qarabağ”ın oyunçularından biri yerə yıxılır. Tribunadan həmin toqquşmanın təsirini belə hiss etmək olur. Amma o, qısa müddət sonra ayağa qalxaraq mübarizəni davam etdirir. Həmin an televizor qarşısında baxarkən “adi toxunuşdur” kimi görünən epizodların əslində nə qədər ağır olduğunu anlayıram. Futbolçular təkcə top uğrunda deyil, hər top uğrunda böyük fiziki güc sərf edirlər.


Tribunadakı minlərlə azarkeş həm də bu mübarizəyə görə komandanın yanındadır. Bir anlıq düşünürəm ki, on minlərlə insanın gözləri sənin üzərində olduğu halda meydanda oynamaq necə böyük məsuliyyətdir. Kənardan görünənlə meydandakı reallıq arasında böyük fərq var imiş. Hər təhlükəli hücumda, hər qaçırılan fürsətdə tribunadakı həyəcanı mən də yaşayıram. İlk hissədə vurulan iki qol komandanı rahatlaşdırdı, ikinci hissədə isə üçüncü qol gəldi. “Qarabağ” 3:0 hesablı qələbə qazandı və stadiondakı sevinc daha da artdı.
Matçdan sonra isə mənim üçün başqa bir təcrübə başladı — mətbuat konfransı. İlk dəfə olaraq baş məşqçilərin oyundan sonrakı fikirlərini canlı dinlədim. Xüsusilə Qurban Qurbanovun böyükhesablı qələbəyə baxmayaraq təmkinli danışması diqqətimi çəkdi. Onun hər cavabında təvazökarlıq, peşəkarlıq və məsuliyyət hiss olunurdu.


Digər tərəfdən, bu, bir yarış olmasına rəğmən, həm rəqib komandanın məşqçisinin təcrübəli rəqibi olan “Qarabağ”ı ürəkdən tərifləməsi, həm də bizim oyunçularımızın “Vestri”nin oyunçuları ilə hörmətlə sağollaşması idmanın əsl fəlsəfəsini ortaya qoyurdu. Şahid olduğum bu mənzərə sadəcə bir futbol matçı yox, yaşıl meydanda sərgilənən olduqca şərəfli və ləyaqətli bir mübarizə idi.

İyulun 9-da stadiondan sadəcə ilk dəfə futbol izləyən biri kimi ayrılmadım. Uşaqlıqda televizor qarşısında “Niyə bu qədər sevinirlər?” deyə düşünən o balaca qız, illər sonra həmin sevincin tam ortasında idi. Bu isə mənim üçün həm “Qarabağ”ın canlı izlədiyim iık oyunu, həm də jurnalist kimi ilk böyük təcrübə oldu.

Aysu Orucova,
QOL.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 İyul 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri