Icma.az
close
up
RU
Təmiz Şəhər: Avtomobil parkının yenilənməsi üçün tədbirlər zəruridir

Təmiz Şəhər: Avtomobil parkının yenilənməsi üçün tədbirlər zəruridir

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda avtomobil parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsi zəruridir.

"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.

"Hər il orta hesabla 1 600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən, ölkəmizin nəqliyyat parkının yalnız 15 %-ə qədərini istehsal-buraxılış ili 10 ilə qədər olan nəqliyyat vasitələri təşkil edib. Bu rəqəmin özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirib", - deyə o qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub: "Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilib. Bunlar yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və yerli avtomobil istehsalını stimullaşdırmaqdır. Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak edib, bir sıra ölkələrin təcrübələri araşdırılıb. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilib, ümumilikdə 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr olunub".

"Proqramın əsas məqsədi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etməkdir. Bu baxımdan onun əsas predmeti ilkin istifadə xüsusiyyətlərini itirib, mənəvi və fiziki cəhətdən köhnəlmiş, o cümlədən yol hərəkətində istifadəyə yararsız olmaqla tullantı kimi xarakterizə olunan nəqliyyat vasitələridir. Bunu nəzərə alaraq, əsas aidiyyəti normativ-tənzimləyici müddəalar öz əksini “Tullantılar haqqında” qanunda tapıb. Bununla belə, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, tullantı xüsusiyyətlərinə uyğun gəlməyən, tam və ya qismən yararlı nəqliyyat vasitələri də onların sahibləri tərəfindən öz istəkləri əsasında utilizasiyaya verilə bilər. Proqram birdəfəlik ödəniş və yerli istehsal olunmuş yeni nəqliyyat vasitələrinin satın alınmasında güzəşt kimi stimullaşdırıcı tədbirlərin tətbiqini də özündə ehtiva edir. Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub", - deyə "Təmiz Şəhər" rəsmisi əlavə edib.

O həmçinin bildirib ki, nəqliyyat vasitələri utilizasiyaya könüllü şəkildə verilir:" Utilizatorlar nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu növbəlilik qaydasında və ödənişsiz həyata keçirir. Utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmaqla arayış əldə olunmalı; nvu.gov.az portalında qeydiyyatdan keçərək ərizə və tələb olunan sənədlər portala yüklənməklə utilizatorda növbə tutulmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri