Icma.az
close
up
RU
Temu dan sifariş verənlərin DİQQƏTİNƏ

Temu dan sifariş verənlərin DİQQƏTİNƏ

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Temu" göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrılıb.
İKTA-dan Demokrat.az-a bildirilib ki, bu, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan "Temu" rəsmiləri arasında görüş zamanı müzakirə edilib.
Həmçinin görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan bəhs olunub. 
Həmçinin İKTA və "Temu" arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.
Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.
Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb. Görüşdə, həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.
"Temu" rəsmiləri, eyni zamanda İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.
Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb.
Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see266

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see216

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see208

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see205

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see204

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see204

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see204

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see202

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see199

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see195

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see195

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see194

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see193

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see192

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see185

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see182

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see181

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see179

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see178

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri