Təqaüdə layiq görülən kinorejissor: “Neçə illərdir ümidlə yaşayırdım”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Təbriklər üçün hər kəsə təşəkkür edirəm".
Bunu "Yeni Sabah"a Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev bildirib.
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü ilə təltif edilmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü qeyd edib: Toyuqlu pizza
“Təxminən 15 dəqiqə öncə öyrənmişəm. Gözləmirdim. Mənim üçün çox sevindirici xəbər oldu. Zəng gələndə mağazada idim. Neçə illərdir ki, ümidlə yaşayırdım. Mənim üçün böyük uğurdur".
C.Mehdiyev əlavə edib ki, mayın 14-dən sonra Kino Fondda yubiley mərasimi və sonuncu filmi olan “Hacı Qara”nın təqdimatı olacaq:
"İstəyən hər kəs iştirak edə bilər”.
Qeyd edək ki, 2026-cı il üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.
Baxış sayı:124
Bu xəbər 07 May 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















