Icma.az
close
up
RU
Tər qoxusunu yox edən 6 təbii vasitə

Tər qoxusunu yox edən 6 təbii vasitə

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsti havada insanların bir çoxu tərləmədən əziyyət çəkir.

Tərləmə təbii fizioloji prosesdir. Tərləmənin köməyi ilə orqanizm isti havada özünü soyudur. Əks halda insanlar istivurmadan həlak olardı. Bu səbəbdən tərləmə ilə mübarizə aparmaq düzgün deyil və həmçinin təhlükəlidir. Həmçinin tərləmə zamanı orqanizmdən ziyanlı maddələr (toksinlər, şlaklar) ifraz olunur.

Tər iysizdir. Lakin dəriyə düşdükdə tər dəri piyi, burada yaşayan mikroorqanizmlər, toz və s. ilə qarışır və insandan spesifik tər iyi gəlməyə başlayır. Beləliklə, bizim əsas məqsədimiz tərləmə ilə deyil, tər qoxusu ilə mübarizə etməkdən ibarətdir.

Saglamolun.az tər qoxusu ilə mübarizə aparan müxtəlif xalq təbabəti vasitələri təqdim edir.

- Təbii alma sirkəsi insanı tərin xoşagəlməz qoxusundan xilas edir. Bunun üçün duş qəbul etdikdən sonra bədənin ən çox tərləyən hissələrinə (qoltuq altı nahiyələr, ayaqlar) alma sirkəsini çəkmək lazımdır.

- Digər təbii dezodorant palıd qabığıdır. Palıd qabığı dəmləməsini (1 xörək qaşığı palıd qabığı + 1 stəkan qaynar su) ayaq vannaları üçün istifadə edin və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkin.

- Nanə, çobanyastığı, adaçayı otlarının dəmləmələri (1 xörək qaşığı ot + 1 stəkan qaynar su) də çox yaxşı kömək edir. Bu dəmləmələri problemli yerlərə çəkin, ayaq vannaları edin. Həmçinin belə dəmləmələri daxilə qəbul etmək yaxşıdır. Bu stresi azaldır, sakitləşdirir. Stress isə güclü tərləmənin əsas səbəbidir.

- Zəy əla təbii dezodorantdır. Hal hazırda təbii zəydən hazırlanan dezodorantlar istehsal olunur. Ev şəraitində 1 çay qaşığı zəy (toz şəklində) 1/2 stəkan suda həll olunur  və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkilir. Ayaqlarınız çox tərləyirsə, hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin. Belə ayaq vannaları pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.

- Üzünüz tərləyirsə, çobanyastığı, nanə, adaçayı, yaşıl çay dəmləmələri dondurucu kamerada xüsusi formalarda dondurun və alınmış buz kubları ilə uzünüzü sürtün. Bu həmçinin dərinin vəziyyətinə çox müsbət təsir edir - dərini daha elastik və hamar edir, cavanlaşdırır. Dəriniz çox yağlıdırsa, bu prosedurdan istifadə etməyin - bu dərinin yağlılığını daha da artıracaq.

- Kosmetik gilin istifadəsi çox yaxşı effekt verir. Ağ, mavi, yaşıl gil suda həll olunur (xama kimi olmalıdır) və problemli sahələrə çəkilir. 30 dəqiqədən sonra dərini yaxşı yuyun.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri