Tərcüməçi filminin aktyoru Maykl Rayt vəfat etdi
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Tərcüməçi" ("The Interpreter") və "Şuqar Hill" ("Sugar Hill", 1993) filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Maykl Rayt 70 yaşında vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi TMZ portalına məlumat verib.
Rayt avqustun 19-da Los-Ancelesdə vəfat edib. Ailəsinin bildirdiyinə görə, aktyorun ölümünə nadir nevroloji xəstəlik olan Markiafava-Binyami xəstəliyinin ağırlaşmaları nəticəsində yaranan ürək dayanması səbəb olub.
Aktyor 1956-cı ildə Nyu-Yorkda anadan olub. O, Nikol Kidman və Şon Pennin rol aldığı "Tərcüməçi" ("The Interpreter"), həmçinin "Pul hər şeyi həll edir" ("Money Talks", 1997), "Direktor" ("The Principal", 1987) və "Beş qaynar ürək" ("The Five Heartbeats", 1991) filmlərindəki rolları ilə tanınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Avqust 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















