Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Unudulmaz alim, şair, tərcüməçi

Unudulmaz alim, şair, tərcüməçi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Şahin Fazil – 85

Görkəmli tarixçi alim, professor Şahin Fazilin 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında AMEA Tarix və Etnologiya İnstitutu ilə birgə “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda elmi konfrans keçirilib.

ADPU Quba filialının direktoru professor Yusif Alıyev məclisi giriş sözü ilə açaraq bildirib ki, ömrünün 85-ci ilinin 4-cü ayında əbədiyyətə qovuşmuş Şahin Fazil çağdaş Azərbaycan ziyalılarının ön sırasında yer almaqla ölkəmizdə layiqli nüfuş qazanıb, doğulub-böyüdüyü Quba torpağına da başucalığı gətirib. Tanınmış tarixçi, şair, şərqşünas, tərcüməçi, AMEA Tarix və Etnologiya İnstitutu mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil oğlu Fərzəliyevin həmkarlarının və həmyerlilərinin onun 85 illik yubileyini birgə elmi konfrans keçirməklə qeyd etmələri alimin xatirəsinə xalqımızın da böyük ehtiramını ifadə edirlər.

Filial direktoru bildirib ki, professor Şahin Fazilin təkcə Azərbaycan Sovet Ensiklopediyasında Azərbaycan və Naxçıvan haqqında yazdığı yüzdən çox məqalənin hər biri mötəbər elmi mənbədir. O, Üzeyir Hacıbəyli Ensiklopediyası üçün də 100-dək mövzu işləyib. Tarixçi alimin 300-dən çox elmi məqaləsi çap olunub. İsgəndər Münşinin 2,5 min səhifəlik “Tarixe-aləmaraye-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin tərcüməsi onun Azərbaycan elminə verdiyi layiqli töhfələrdən biridir. Jozef Tiflisinin “Mir Veys və Şah Hüseyn”, Yan Tadeuş Kruçinskinin “Xristian səyyahın tarixi” kitablarını da Azərbaycan dilinə Şahin Fazil tərcümə edib. Çalışdığı hər yerdə böyük etimad və nüfuz qazanan Şahin müəllim özünə qarşı tələbkarlığı, gözütoxluğu, xidmətdə təmənnasızlığı ilə seçilib və sevilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Şahin Fazilin mənalı həyat və zəngin yaradıcılıq yolunu əks etdirən məruzəsində bildirib ki, professor Şahin Fazilin Azərbaycan Sovet Ensiklopediyasında yer almış 100-dən çox məqaləsinin hər biri mötəbər elmi mənbədir. O, Üzeyir Hacıbəyli Ensiklopediyası üçün də çoxsaylı mövzu işləyib. Tarixçi alimin 300-dən çox elmi məqaləsi çap olunub.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli məruzəsində alim-şair-tərcüməçi Şahin Fazilin çoxyönlü elmi və bədii irsinin bir-birini tamamlayaraq mükəmməl yaradıcılıq örnəyi təşkil etdiyini bildirib. Natiq qeyd edib ki, alimin əsərlərinin bir çoxu özünün müstəsna səyləri ilə çap olunsa da, hələ dərindən tədqiq edilməyib. Yaxşı ki, Şahin müəllimin yaradıcılığı gənc tədqiqatçıların diqqətindən kənarda qalmayıb. Çoxsaylı aspirantları onun yaradıcılığı barədə dəyərli məqalələr yazıblar.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Füzuli Qurbanov, Tarix və Etnologiya İnstitutunun şöbə müdirləri Tofiq Nəcəfli və professor Tofiq Mustafazadə yubilyarın müxtəlif illərdə diplomatik cəbhədə fəaliyyətinin onun elmi və bədii yaradıcılığı ilə davamlı müşayiət olunduğunu, Azərbaycan elmini tanıdan əsərlərinin və fars dilindən çevirdiyi mənbələrin ciddi tarixi önəm daşıdığını, klassik ziyalılarımıza məxsus müdrikliyinin hikmət xəzinəmizi zənginləşdirdiyini vurğulayıblar. Onlar sevimli müəllimlərinin məzunu olduğu BDU-nun şərqşünaslıq fakültəsində, Sumqayıtın və Lənkəranın ali məktəblərində pedaqoji fəaliyyəti ilə çoxsaylı davamçısını da yetişdirdiyini söyləyiblər.

Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov həyatda dərin hörmət bəslədiyi, sıx təmasda olduğu insan haqqında öyünclə söhbət açaraq qeyd edib ki, Şahin adı bu bənzərsiz ziyalıya həmişə ucalıq eşqi gətirib, Fazil təxəllüsü isə ona daim fəzilət təlqin edib. Şahin Fazilin dərin zəkası onu Azərbaycan elminin dərin qatlarına çəkib aparıb, incə duyğuları isə milli poeziyamızın səmalarına qanadlandırıb. Söz sərrafı, nəcib ailə başçısı, sadiq dost özündən sonra zəngin elmi-ədəbi irs və unudulmaz xatirələr qoyub getsə də, təəssüf ki, mənəvi xəzinəsinin xeyli hissəsini özü ilə haqq dünyasına apardı.

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı Şahin Fazilin alim, tərcüməçi, təhlilçi, tənqidçi, ədəbiyyatşünas, qədim və müasir ədəbiyyatın müxtəlif janrlarında qələmini uğurla sınamış şair kimi yaradıcılıq diapazonunun insanda heyrət doğurduğunu bildirib. Yerli ziyalılar Əkrəm Qaflanoğlu və Eynulla Müslüm çıxışlarında Şahin Fazilin doğma yurdu ilə sıx bağlı olduğunu xatırlayaraq, onun 700 səhifəlik “Quba tarixi” kitabı ilə bu torpağa möhtəşəm bir mənəvi abidə yaratdığını məmnunluqla xatırladıblar.

Şahin Fərzəliyevin qızı Ülviyyə Şahinqızı konfransın təşkilinə, göstərilən qədirbilənliyə görə minnətdarlığını bildirib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Şahin Fazil ömrünün son illərində AMEA Tarix və Etnologiya İnstitutunun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri vəzifəsində səmərəli fəaliyyət göstərirdi. Onun çoxşaxəli yaradıcılıq yoluna və bizə yadigar qoyduğu əsərlərin sayına, həcminə, ən başlıcası, məzmununa, rəngarəngliyinə nəzər saldıqda gözləri önündə lal axan çaylara bənzər dərin və geniş bir nəhr canlanır. Tarixçi alimin yaradıcılığı çox zəngin olsa da, hələ öz layiqli qiymətini almayıb.

Bədii yaradıcılığında olduğu kimi, elmi fəaliyyətində də yorulmaq bilmədən çalışan, neçə-neçə alimin işini görən bu elm fədaisinin əsərlərinin biblioqrafiyası onun məhsuldar bir alim olduğunun sübutudur. Gənc şair Şahin Fazilin “Qızbənövşə” adlı ilk şeiri 1958-ci ildə “Qızıl Quba” qəzetində dərc olunanda, heç düşünməzdi ki, o, bir vaxt Azərbaycan Yazıçılar Birliyinin sayılıb-seçilən üzvlərindən biri olacaq, 142 illik tarixi olan “Məcməüş-şüəra”ya sədr seçiləcək və 1998-ci ildə isə bu mötəbər məclisin tarixini, onun üzvlərinin əsərlərini “Təzkireyi – Şahin” kitabında müasir oxucularımıza çatdıracaq.

Şahin müəllimin həyatında ailə müqəddəsliyi, dostluğa sədaqət hissi qırmızı xətt kimi keçir. Poeziyamızda həyatdan vaxtsız köçmüş ömür-gün yoldaşlarına yazılan elegiyaların, bəlkə də, ən təsirlilərini o yazıb. Lakin Şahin Fazilin şeiriyyəti təkcə sevgi və sədaqətdən bəhs etməyib. Onun poetik irsində xalqımızın şanlı və ağrılı keçmişi, bugünü və gələcəyi haqqında dərin ictimai məna daşıyan nümunələr də az deyil. Şahin müəllimin 2018-ci ildə çap olunmuş “Doğruya doğru” adlı 1223 səhifəlik kitabı onun bədii yaradıcılığının məzmun və sanbalını əks etdirir. Şair 2001-ci ildə yazdığı bir qəzəlində deyirdi:

Sahib ollam yenə Xankəndimə, Allah qoysa,
Salaram düşmənimi bəndimə, Allah qoysa,
Azərbaycanı kafər ki, məəttəl qoydu,
Bir zaman mat olacaq fəndimə, Allah qoysa.

Nə yaxşı ki, Şahin müəllim bu istəyinin çin olmasını gördü.

Tarixçi alimin ən qiymətli elmi əsərləri onun “Azərbaycan və Osmanlı İmperiyası XV–XVI əsrlərdə” mövzusunda yazdığı doktorluq dissertasiyasıdır. Daha əvvəl, 1974-cü ildə isə Həsən bəy Rumlunun “Əhsənül-Təvarix” (“Tarixlərin ən yaxşısı”) əsəri əsasında namizədlik dissertasiyası müdafiə etmişdi. Şahin Fazil Azərbaycan tarixinin çox mürəkkəb dövrü olan orta əsrlər üzrə respublikamızın nüfuzlu alimlərindən biri kimi 7 cildlik “Azərbaycan tarixi” kitabının əsas müəlliflərindən biridir.

Cəlaləddin Məhəmməd Dəvanın “Ərze-sepahe-Uzun Həsən” (“Uzun Həsənin ordusuna baxış”) əsərinin tərcüməsi də onun dəyərli xidmətlərindən biridir. XVII əsrin anonim müəllifinin “IV Sultan Muradın” Rəvan və Təbriz səfəri ruznaməsini də dilimizə Şahin müəllim çevirib. Şahin müəllim Əfqanıstanda çalışdığı illərdə milli ədəbiyyat nümunələrimizin fars-əfqan dilinə tərcüməsində və yayılmasında, əfqan ədəbiyyatının isə Azərbaycan oxucularına çatdırılmasında böyük xidmətlər göstərmişdi. O, həmin illərdə Əfqanıstanın bir neçə dövlət mükafatını almışdı.

Şahin Fazilin elmi-ədəbi irsi çoxşaxəli, zəngin mənəvi mənbədir. Bu xəzinə onun adını daim yaşadacaq, müəllifinə şöhrət və rəhmət qazandıracaq.

Tahir AYDINOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri