Icma.az
close
up
RU
Tərcüməçi jurnalistin ömür hesabatı

Tərcüməçi jurnalistin ömür hesabatı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Azərbaycan Mətbuat Şurasında tanınmış tərcüməçi- jurnalist, şair-publisist, uzun illər müxtəlif media qurumlarında səmərəli fəaliyyəti ilə milli jurnalistikamıza layiqli xidmət göstərmiş Firidun Ağazadənin 75 illik yubileyi həmkarlarının, dostlarının və yaxınlarının iştirakı ilə keçirilən məclisdə sevgi-sayğı ilə qeyd edildi.

Şuranın sədri Rəşad Məcid tərcüməçi-redaktoru ölkənin media ictimaiyyəti adından səmimi təbrik təbrik edərək, tanınmış ziyalıya ömrünün yetkinlik çağında yeni uğurlar arzuladı, ona qurumun yubiley diplomunu təqdim etdi. Şura sədri yubiliyarın zəngin və mənalı ömür yolundan, ölkəmizdə ingilis dili üzrə tərcümə sənətinin inkişafında xidmətlərindən söz açdı. O, Firudin Ağazadənin Azərdaycan Dövlət İnformasiya Agentliyində çoxillik səmərəli fəaliyyətinin müstəqilliyin ilk illərində ölkəmizin ətrafında yaradılmış informasiya blokadasının yararılmasında önəmli rolunu vurğuladı.

Bildirildi ki, istedaddlı və məhsuldar tərcüməçi kimi Firidun müəllim ali məktəblərdə, çalışdığı qurumlarda davamçılarını da yetişdirib. Peşəkar tərcüməçi, istedadlı şair dünya ədəbiyyatından bir çox nümunələri dilimizə, milli ədəbiyyat incilərimizi isə ingilis dilinə çevirməklə, şeir yaradıcılığını da davam etdirməklə 40-dək kitabın müəllifidir. Taleyini jurnalistikaya möhkəm bağlamış soydaşımız Mətbuat Şurasının beynəlxalq məclislərinin və Dövlət İmtahan Mərkəzinin jurnalistika üzrə qabiliyyət imtahanlarının keçirilməsinə təcrübəli tərcüməçi və ekspert kimi yaxından kömək göstərib.

Mətbuat Şurasının ilk sədri, İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Firidun Ağazadənin ustad tərcüməçi, qayğıkeş pedaqoq, yetkin publisit və şair kimi çoxcəhətli fəaliyyətinin milli mediamızın və ədəbiyyatımızın uğurlar qazanmasına samballı töhfələr qazandırdığını vurğuladı. O, Mətbuat Şurasının fəaliyyətə başladığı ilk illəri yada salaraq bildirdi ki, yubilyar həmin məhdud imkanlı dönəmdə AMŞ-nin beynəlxalq media qurumlarına ünvanladığı yüzlərlə sənədin, media ilə bağlı beynəlxalq əhəmiyyətli sənədlərin Azərbaycan dilinə peşəkar tərcüməsini həyata keçirib. Bu, demokratik jurnalistikamızın formalaşmasına təmənnasız xidmət nümunəsidir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov qeyd etdi ki, Firidun Ağazadə AZƏRTAC-da xarici dillərdə informasiya redaksiyasının təməlini qoyanlardan olub. O, keçmiş tərcümə redaktorunun rəsmi materiallarını xarici dillərə çevrilməsi işini yüksək peşəkarlıqla icra etdiyini, çalışdığı sahədə əsl məktəb yaratdığını qeyd etdi.

AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu veteran jurnalistlərimizin nüfuzlu nümayəndəsi olan Firidun Ağazadənin müstəqillik illərində Azərbaycan gerçəkliyinin dünyaya çatdırılması missiyasını həyata keçirən fədakar qələm sahibi olduğunu söylədi. “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov isə dostu Firidun müəlimi yaradılıcılığı ilə şəxsiyyəti üst-üstə düşən insan kimi xaraktericə edərək əlavə etdi ki, yubiliyarın yüksək peşəkarlığı və zəhmətkeşliyi tərcümə sənətində mükəmməllik etalonudur.

Veteran jurnalist İttifaq Mirzəbəyli, MŞ-nin keçmiş icra katibi Rəhim Hüseynzadə, şair-publisist Ağacəfər Həsənli, şair-folklorşünas İslam Sadiq, şair-publisist Hafiz Rüstəm, Audiovizual Şuranın sektor müdiri Taleh Quliyev, “Qanun” nəşriyyatının tərcüməçisi Aygün Əziz, yazıçı Vüqar Babazadə, yubiliyarın yetirmələrindən Orxan Muradov, İlhamə Məmmədova, Ziya Ağazadə Firidun müəllimin yurd sevgisindən, yüksək insanlıq və peşə dəyərləri örnəyi yaratmasından danışdılar, ona möhkəm cansağlığ, yeni uğurlar arzuladılar.

Sonda çıxış edən Firidun Ağazadə əməyinə və ömür yoluna verilən yüksək qiymətə, xoş sözlərə və arzulara görə iştirakçılara təşəkkürünü bildirdi.

T.RÜSTƏMLİ,
Elşən AĞALAR (foto)
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri