Icma.az
close
up
RU
Menu

ABŞ ın iddiası çox böyükdür

Səbrli ol, Strukan!

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

Papua Yeni Qvineyada güclü zəlzələ olub

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

Qara Qarayev: Məşqçinin mənə nə dediyini deyə bilmərəm

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

Zəngəzur dəhlizinin açılması perspektivi olmasaydı, Azərbaycan Prezidenti görüşdə iştirak etməzdi Deputat

Tərəflər gizli razılığa gəlib: Tofiq Zülfüqarovdan sensasiyalı MÜSAHİBƏ

Tərəflər gizli razılığa gəlib: Tofiq Zülfüqarovdan sensasiyalı MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İsrail və İran arasında atəşkəs əldə olunsa da, bu razılaşma hələ kövrəkdir. 

Yaxın Şərqdə sülhə nail olunması və daha fəlakətli müharibənin qarşısının alınması bu atəşkəsin davamlılığından asılı olacaq. Ən vacib olan isə İranın nüvə və raket proqramlarına dair rəsmi Tehranın ABŞ ilə Oman paytaxtı Muskatta davam etdirəcəyi qapalı danışıqların nəticəsidir.

İran nüvə proqramından imtina etsə, teokratik rejim daha da zəifləyə və çökə bilər. Mövcud vəziyyətə və proseslərin gələcək inkişafına aydınlıq gətirmək üçün “Cebheinfo.az”-ın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb: 

-İsrail və ABŞ ilə İran arasında sülhə nail olunması ilk növbədə atəşkəsə əməl olunmasından asılıdır. Sizcə, atəşkəs davamlı olacaqmı? 

- Bu hərbi əməliyyatların təşəbbüskarının hansı tərəf olmasının fərqi yoxdur. Çünki bu dövlətlər arasında əvvəldən düşmənçilik var idi. İran İslam Respublikası yarandığı gündən bəyan edib ki, İsrail dövləti məhv olmalıdır. Bu alınmadı. İsrailin isə elan edilmiş iki açıq məqsədi var. 

Birincisi, İranın nüvə proqramının ləğv olunması və raket proqramlarının dondurulması, yaxud dayandırılmasıdır. İkinci məqsəd İranın idarəetmə sisteminin dəyişdirilməsidir. 

İsrail İran rejiminin dəyişdirilməli olduğunu deyir. İndi atəşkəs bərqərar olsa, hərbi əməliyyatların İran tərəfindən davam etdirilməsi mənasız olar. 

Çünki İranın qarşısında İsraildən və ABŞ-dən başqa Qərb koalisiyası, Körfəz dövlətləri, ərəb ölkələrinin böyük hissəsi dayanır. İndi atəşkəs şərait yaradacaq ki, israil və Qərb koalisiyası tərəfindən bəyan edilən məsələlər öz həllini tapsın. 

Mən güman edirəm ki, ABŞ-nin danışıqlar aparmaqda məqsədi öz hədəflərinə çatmaq üçün qarşı tərəfin təbliğati və ya imic baxımından hansısa probleminin yaranmamasıdır. Onlar yaxşı başa düşürlər ki, İran cəmiyyətində hazırkı hakimiyyətin də öz tərəfdarları var. 

Ona görə də istədiyinə nail olmağa çalışır. Bu baxımdan, Netanyahu ilə Trampın bəyanatlarında fərq müşahidə olunur. Məlumdur ki, Omanda ABŞ və İran arasında danışıqlar formatı mövcuddur. Həmin format çərçivəsində nüvə proqramına dair hansısa razılaşma əldə olunub. 

- Yəni hesab edirsiniz ki, tərəflər hər hansı gizli razılığa gəlib...

- Bəli. Hətta nüvə mərkəzini dağıtmaqla İran ictimaiyyətinə göstərdilər ki, bunun barəsində danışmaq əsassızdır və bu, de-fakto dağılıb. O ki qaldı raket texnologiyalarına, bununla bağlı xüsusi konvensiya var. Uçuş məsafəsi 300 kilometrdən artıq olan raket texnologiyaları başqa ölkələrə verilməməlidir. İranın raket proqramının nəzarət altında saxlanılması məqsədlərdən biri olacaq. 

O ki qaldı rejimin dəyişməsinə, bu istiqamətdə bəzi islahatlar gündəmdədir. İranın daxilində də bununla bağlı müəyyən müzakirələr gedir. Dəyişikliyin hansı formada baş verəcəyini söyləmək çətindir. 

Nəzərə almaq lazımdır ki, İranda mürəkkəb xüsusi bir dövlət quruluşu var. Dövlət orqanları ilə yanaşı, səlahiyyətləri daha geniş olan qurumlar var. Ali rəhbərin birbaşa tabeliyində olan Ekspertlər Şurası, ordu, hansısa iqtisadi strukturlar və s. fəaliyyət göstərir. Əgər islahatlar baş versə, bu anormal qurumların bəziləri ləğv edilə bilər. 

Vaxtilə SSRİ-də də bunabənzər sistem var idi. Hökumət və dövlət qurumları ilə yanaşı, geniş səlahiyyətlərə malik partiya orqanları fəaliyyət göstərirdi. Rayon partiya komitələri iqtisadiyyatı idarə edirdi, orduda siyasi şöbələr mövcud idi. 

Yenidənqurma dövründə partiyanın bu səlahiyyətlərinə xitam verildi. Mən İranda da bu cür dəyişikliklərin baş verəcəyini istisna etmirəm. Qərb koalisiyası və İran arasında gedən müharibənin nəticəsi kimi bu islahatların aparılacağı gözləniləndir. 

- İran rejiminin dəyişməsi prosesinin etiraz aksiyaları hesabına, yəni aşağıdan yuxarı və daxili amillə bağlı olacağına dair rəylərə daha çox rast gəlmək olar. Siz isə bu prosesin beynəlxalq öhdəlik kimi yuxarıdan aşağı həyata keçirilən islahatlar baş verəcəyini proqnozlaşdırırsınız...
- Mən rəsmi öhdəliyin olacağını görmürəm. Çünki aparılan danışıqlarda, təmaslarda mövzuların hamısı cəmiyyətə çatdırılmayıb. Yenidənqurma vaxtı SSRİ rəhbərliyinin hansı öhdəliyi yerinə yetirdiyi bəlli deyildi. 

Birdən-birə Çikaqo iqtisadi məktəbinin müşavirləri Sovet hökumətinin idarəçiliyində yer almağa başladılar. Yəni bu, müxtəlif şəkildə ola bilər. Rəsmi olmasa da, fərqli öhdəliklərin olması göz qabağındadır. 

- Atəşkəs hələ sülh deyil və potensial münaqişə deməkdir. Bu baxımdan, İranın ABŞ-nin tələblərini yerinə yetirəcəyinə inanırsınızmı? Unutmaq olmaz ki, atəşkəsdən həm İran, həm də İsrail əlini gücləndirmək üçün istifadə edəcək. Belə olan halda atəşkəsə riayət ediləcəyinə zəmanət varmı? 

- Dərhal bu danışıqlara gedilməsi və atəşkəs haqqında razılaşmanın əldə olunması deməyə əsas verir ki, hər hansı sənədlərin imzalanması prosesi olmayacaq. İctimaiyyətin nəzarətindən kənarda İranda siyasi nüfuza malik olan qurumlarla Qərb arasında razılaşma əldə olunacaq. 

Amma bu, bərabər tərəflərin razılaşması deyil. İran artıq hərbi məğlubiyyəti başa düşür, hərbi əməliyyat aparmaq iqtidarında deyil. 

İranın elitası bu reallığı nəzərə alaraq hansısa şərtləri yerinə yetirməyə məcburdur. İsrail ultimatumunda İranın neft sənayesinin vuracağı ilə hədələyir. Bu isə böyük iqtisadi fəsadlara səbəb olacaq. 

İranın dövlət büdcəsi enerji daşıyıcılarından asılıdır. Nəticədə İranda böyük sosial partlayış baş verə bilər. Ona görə də mən sosial şəbəkələrdə də bildirmişəm ki, İran müharibəni uduzub. Çünki hava sahəsində üstünlük İsrailə məxsusdur. Mən bu məsələdə tərəf tutmuram və təbliğatçı deyiləm. İran da məğlub tərəf kimi özünün xoşuna gələn və gəlməyən şərtlər arasında seçim etməlidir. Ya da müharibəni davam etdərsə, hava zərbələri ilə İranın iqtisadiyyatını, inkişafını on illərlə geriyə atacaqlar.

- İran kapitulyasiya sənədini imzalaya bilər yoxsa, həmin mərhələ hələ çatmayıb? 

- Sizin terminologiyanız klassik diplomatiyanın məfhumlarıdır. Bu, kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Heç bir tərəf istəməz ki, “kapitulyasiya” ifadəsi işlənsin. Ona tarix qiymət verəcək. Bu çətin vəziyyətdə İranın siyasi elitası çox mürəkkəb qərarlar qəbul etməlidir.

Vəziyyətin təhlili göstərir ki, hərbi əməliyyatlar zamanı İranın i özünü madafiə etməyə və suverenliyini qorumağa mkanı çatmayıb. 

- Sizcə, atəşkəs Qərb koalisiyası ilə İran arasında əldə olunub, yoxsa, bu, daha qlobal səviyyədə, yəni ABŞ və Çin arasında və qapalı şərtləri özündə ehtiva edən bir razılaşmadır? Çünki İsrail və İran faktiki olaraq, ABŞ və Çin arasında vəkalət müharibəsi aparır.

- İran uzun müddətdir ki, özünü hansısa siyasi düşərgənin üzvü kimi təqdim edir. İndi bu üzvə ciddi zərbə dəyib. İran, Rusiya, Çin, Şimali Koreyanı müttəfiq adlandırsalar da, bu dövlətlərin ittifaqı formalaşmayıb. Onların qarşılıqlı öhdəlikləri də yoxdur. Hətta Qərb koalisiyası daxilində də yekdil mövqe görmürük. Tramp və Makronun sözü üst-üstə düşmür. İranın aid olduğu düşərgə formalaşmayıb. Amma ABŞ və bəzi Qərb dövlətləri İsrailə hərbi dəstək verdilər. 

Bu da Qrəb düşərgəsinin daha mükəmməl şəkildə formalaşdığını göstərir. Hətta bəzi ərəb ölkələrinin də İsrailin yanında yer aldığını istisna etmirəm. İndi isə yarıgizli, yarıaçıq, yarıhərbi, danışıqlardan ibarət siyasi proses gedir. Müəyyən mərhələdə danışıqlar dondurulur və hərbi əməliyyatlar bərpa olunur. 

Proseslər göstərir ki, nə Rusiya, nə Çin İranın yanında yer aldı. Körfəz ölkələri İran raketlərinin öz ərazisindən İsrailə uçmasına imkan vermədi. Raketləri və PUA-ları vurublar. Hətta Suriyanın yeni rəhbərliyinin İrana qarşı mübarizədə İsrailin yanında yer alacağını istisna etmirəm. Görün, əvvəlki mənzərə necə dəyişib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az

 

Açar sözlər: Tofiq Zülfüqarov İsrail - İran müharibəsi atəşkəs

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see319

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see121

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see119

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see118

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see117

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see117

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see116

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see116

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see115

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see114

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

07 Avqust 2025 20:35see113

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see113

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see113

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see112

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see112

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

07 Avqust 2025 18:30see112

Qara Qarayev: Məşqçinin mənə nə dediyini deyə bilmərəm

07 Avqust 2025 23:02see111

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see110

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see109

Zəngəzur dəhlizinin açılması perspektivi olmasaydı, Azərbaycan Prezidenti görüşdə iştirak etməzdi Deputat

07 Avqust 2025 19:32see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri