Icma.az
close
up
RU
Tərkibində maqnezium yüksək olan 12 qida

Tərkibində maqnezium yüksək olan 12 qida

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir.

Qaynarinfo xəbər verir ki, "Prevention” nəşrinin yazdığına görə, dietoloq Jaklin London bildirib ki, maqnezium əzələlərin yığılması, sinir sisteminin normal fəaliyyəti, sümüklərin sağlamlığının qorunması, enerji mübadiləsi, qanda şəkərin səviyyəsinin və arterial təzyiqin tənzimlənməsi, həmçinin su-elektrolit balansının saxlanılması üçün vacibdir.

Onun sözlərinə görə, maqneziumu qida məhsullarından almaq əlavələrdən istifadə ilə müqayisədə daha məqsədəuyğundur. Çünki bu məhsullar orqanizmi eyni zamanda lif, zülal, sağlam yağlar və antioksidantlarla da təmin edir.

Tərkibində maqnezium yüksək olan 12 qida:

Balqabaq tumu — 28 qramında 156 mq maqnezium var. Maqneziumun ən zəngin mənbələrindən biridir və salatlara, şorbalara, eləcə də xəmir məmulatlarına əlavə edilə bilər.

İspanaq — 1 stəkan bişmiş ispanaqda 157 mq maqnezium var. Yarpaqlı yaşıl tərəvəzlər maqneziumun ən yaxşı mənbələrindən hesab olunur.

Çia toxumu — 28 qramında 95 mq maqnezium var. Tərkibində həmçinin omeqa-3 yağ turşuları, lif və tam dəyərli bitki mənşəli zülal mövcuddur.

Badam — 28 qramında 76,5 mq maqnezium var. Həmçinin sağlam yağlar və zülalla zəngindir.

Tünd şokolad (70–85 faiz kakao) — 28 qramında 65 mq maqnezium var. Kakao faizi nə qədər yüksəkdirsə, şəkərin miqdarı bir o qədər az, faydası isə daha çox olur.

Qara lobya — yarım stəkan bişmiş məhsulda 60 mq maqnezium var. Həmçinin lif və bitki mənşəli zülal baxımından zəngindir.

Soya südü — 1 stəkanında 51 mq maqnezium var. Maqnezium tofu və edamamedə də mövcuddur.

Avokado — orta ölçülü bir meyvədə 39 mq maqnezium var. Sağlam yağların mühüm mənbələrindən biridir.

Banan — bir ədədində 32 mq maqnezium var. Tərkibində həmçinin kalium və C vitamini mövcuddur.

Qəhvəyi düyü — yarım stəkan bişmiş məhsulda 30 mq maqnezium var. Digər tam taxıl məhsulları da bu mineralın yaxşı mənbələridir.

Yoqurt — 1 stəkan təbii yoqurtda 30 mq maqnezium var.

Qızılbalıq — 85 qramında 25 mq maqnezium var. Tərkibində ürək sağlamlığı üçün faydalı olan omeqa-3 yağ turşuları da mövcuddur.

Gündə nə qədər maqnezium lazımdır?

Diyetoloqların sözlərinə görə, böyüklərin gündəlik maqnezium tələbatı 310–420 mq arasında dəyişir. Dəqiq norma yaşdan, cinsdən, hamiləlik və südvermə dövründən asılıdır.

Mütəxəssislər qeyd edirlər ki, ciddi maqnezium çatışmazlığı nisbətən nadir hallarda müşahidə olunur. Bunun səbəbi orqanizmin bu mineralı sümüklərdə və yumşaq toxumalarda toplamaq qabiliyyətinə malik olması, həmçinin qandakı maqnezium səviyyəsinin böyrəklər tərəfindən ciddi şəkildə tənzimlənməsidir. Buna görə də adi qan analizi maqnezium çatışmazlığını hər zaman aşkar etmir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri