Tərlan Əhmədov: Çoxlari deyir Tərlanin xarakteri pisdi, amma nəyin pis olduğunu heç kim demir VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış veteran futbolçu və təcrübəli məşqçi Tərlan Əhmədov "PODKAT" layihəsinin növbəti buraxılışında Azərbaycan futbolunun reallıqları haqqında açıq və səmimi fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, müsahibədə bir çox aktual mövzulardan danışılıb, problemlərə toxunulub və çıxış yolları təklif olunub.
Əhmədov yerli futbolun inkişafında qarşıya çıxan əsas maneələr barədə söz açaraq, uşaq futboluna diqqətin artırılmasının vacibliyini qeyd edib.
O, akademiyalarda baş verən narahatedici hallara da toxunub. Bəzi istedadlı uşaqların qeyri-rəsmi yollarla başqa klublara aparıldığını və bunun nəzarətsiz qalmasının ciddi problem yaratdığını bildirib.
Azərbaycan futbolunun keçmişinə nəzər salan veteran futbolçu bir çox şərəfli anları və unudulmaz oyunları xatırladıb.
Futbolçu kimi bir müddət Ukraynada oynayan Əhmədov oradakı futbol həyatından da söz açıb.
O, "ən doğma klub" sualına da cavab verib. "Neftçi", yoxsa "Qarabağ"?
Öz məşqçi karyerasından danışan Əhmədov bu illər ərzində qazandığı təcrübə və qarşılaşdığı çətinliklər barədə də fikirlərini bölüşüb.
O, ölkə futbolunda məşqçilərin işinə müdaxilələrdən danışaraq, bu məsələnin futbolun inkişafına ciddi zərbə vurduğunu qeyd edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















